Beynəlxalq Muğam Mərkəzində “Bayatı-Şiraz” muğam dəstgahı səslənəcək

Martın 9-da Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) birgə təşkilatçılığı ilə “Bayatı-Şiraz” dəstgahı” adlı konsert proqramı təqdim olunacaq.

Mərkəzdən Etikxeber.az-a bildirilib ki, tədbirdə Xalq Artisti Simarə İmanova və onun tələbələri çıxış edəcəklər. Onların ifasında “Bayatı-Şiraz” dəstgahı səslənəcək. İfaçıları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xalq çalğı alətləri ansamblı müşayiət edəcək.

Gecədə aktyor və bədii qiraətçisi, Əməkdar Artist, ADMİU-nun dosenti Azad Şükürovun da çıxışı dinləniləcək.

Biletləri şəhərin kassalarında, “ASAN Xidmət” mərkəzlərində və iticket.az saytında əldə etmək olar.

Etikxeber.az

Read Previous

Martın 3-nə olan USD/AZN rəsmi məzənnəsi açıqlandı

Read Next

Ağır atletlərimiz II Beynəlxalq Fəcr Kubokunda iştirak edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir