Beynəlxalq Rabitə Akdemiyasının prezidentinin Azərbaycana səfərində məqsəd nədir? – FOTOLAR

BMT nəzdində Beynəlxalq Rabitə Akademiyasının (BRA) prezidenti Anastassiya Ositis Azərbaycanda səfərdədir.

Etikxeber.az xəbər verir ki, səfərdə məqsəd BRA-nın Azərbaycan filialının fəaliyyəti, son illər ərzində gördüyü işlərlə tanış olmaqdır.

Həmçinin, məqsəd BRA-nın Azərbaycan filialının üzvü-akademiki olan Şükür Məmmədova fəxrin diplom və vəsiqənin təqdim edilməsi ilə bağlıdır.

BRA-nın Azərbaycan filialının rəhbəri, sabiq rabitə naziri Siruz Abbasbəyli isə saytımıza açıqlamasında bildirib ki, səfər zaman həmçinin, xanım Anastassiya Ositis və BRA-nın rəhbər şəxslərindən olan əslən bakılı və  keçmiş SSRİ-nin sabiq rabitə nazirinin müavini Yuri Vdovinin Azərbaycanın görməli, tarixi yerləri ilə tanışlığı nəzərdə tutulur:

“Onlar Şamaxıda, qədim və tarixi Dəmirçilər kəndində, həmçinin, İsmayıllının dünyaca məşhur olan Lahıc kəndində olacaqlar, Azərbaycanın tarixi, təbiəti, qədim adət-ənənələri, sənətkarlıq nümunələri ilə tanışlıq imkanı əldə edəcəklər. Bunun özü də bir növ Azərbaycanımzın, onun reallıqlarının, inkişafımızın təbliği deməkdir”.

Fəaliyyət göstərdiyi illər ərzində BRA-nın çox nüfuzlu, dünyada məşhur bir quruma çevrildiyini, minə yaxının üzvünün-akademikinin olduğunu qeyd edən sabiq nazir onun Azərbaycan bölməsinin 2013-cü ildən təsis edildiyini, yaradıldığını da sözlərinə əlavə edib.

Eyni zamanda, Azərbaycan filalında xeyli akademiklərin- nüfuzlu ziyalıların, rəsmi şəxslərin təmsil olunduğunu xatırladıb:

“Akademiyamızın akademikləri arasında sabiq rabitə naziri, akademik Əli Abbasov var.

Bununla yanaşı, sabiq iqtisadiyyat naziri Namiq Nəsrullayev, Texniki Universitetini bir çox tanınmış alimi filialımızın üzvü, akademiklərimizdir.

Həmçinin, indiki nazirimiz hörmətli Ramin Quluzadəni Akademiyanın Rəyasət Heyətinin üzvləri yekdilliklə  filialımızın fəxri prezidenti seçmişdir…”

Qeyd edək ki, bu gün həm də A. Ositisin Park-inn otelində BRA-nın Azərbaycan filialının üzvləri-akademikləri ilə görüşü keçirilib.

Görüşdə çıxışı zamanı A.Ositis BRA-nın fəaliyyətindən, gördüyü və görəcəyi növbəti işlərdən danışıb.

Eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının inkişafından, yeniliklərindən, onların insan həyatına təsirindən, günümüzün, həyatımızın ayrılmaz bir parçasına çevrilməsindən bəhs edib.

Görüş zamanı Texniki Universitetin müəllimi, BRA-nın Azərbaycan filialının üzvü Ş. Məmmədova diplom və vəsiqə təqdim olunub.

Həmçinin, görüş zamanı qarşılıqlı fikir mübadiləsi aparılıb.

siruz-7

siruz-2

siruz-1

siruz-6

siruz-3

siruz-5

siruz-4

siruz-8

siruz-9

Etikxeber.az

 

 

Read Previous

İki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir – DSX – FOTO

Read Next

Azərbaycanda “Yüksəliş” müsabiqəsi təsis edilir – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir