“Bezmişik, qonşularla yaşadığımız binadan köçmək istəyirik” – DEPUTATLAR QƏZƏBLƏNDİ – YENİLƏNİB – (1)

Deputat Tahir Kərimli qonşuları ilə birlikdə yaşadığı binadan köçmək məcburiyyəti qarşısında qaldığını bildirib.

Etikxeber.az-ın xəbərinə görə, deputat T. Kərimli parlamentdə çıxışı zamanı qeyd edib ki, o, paytaxtın mərkəzi küçələrindən olan Zərifə Əliyeva küçəsində çoxmənzilli yaşayış binalarının birində yaşayır:

tahir-karimli

“Bildiyiniz kimi, çoxmənzilli təzə binaların aşağı mərtəbələrinin hostel kimi istifadə edilməsinə şərait yaradılıb. Bu isə bir çox hallarda öz mənfi nəticələrini göstərir. Əxlaqsızlıq yuvalarının yaranmasına gətirib çıxarır.  Bizim binada da artıq qonşularla bezmişik. Oradan köçmək məcburriyyətində qalmışıq. Kimsə özünü qanundan yuxarı göstərir, belə şeylərə şərait yaradır. Bizim  küçə mərkəzi küçədir. Oradan dünyanın hər yerindən gəlib keçən dövlət və hökumət nümayəndələri var. Birdən bu hal kiminsə qabağına çıxar. Ona görə də binaların yuvalara çevrilməsinin qarşısı alınmalıdır”.

***

Araz Əlizadə: Bizdə “seks turizmi” yaranır

“Biz Filippinə, Tailanda çevrilmək istəyirik?!”

Bunu isə millət vəkili Araz Əlizadə çıxışı zamanı deyib. 

Deputat ölkədə “seks turizmi”nin yaranmağa başlamasından təəssüfünü bildirib:

“Çox təəssülər ki, bizdə “seks turizmi” yaranır. Xaricdən gələn bəziləri qızlarımızı  pul verməklə yoldan çıxarır, əxlaqsızlığa cəlb edirlər…Biz Filippinə, Tailanda çevrilmək istəyirik?!  Biz istəsək də, bunu edə bilməyəcəyik. Ona görə insan alverinə qarşı mübarizənin tərkib hissəsi kimi ciddi təddirlər görülməlidir.  Binalarla bağlı isə onu deyə bilərəm ki, bu cür hostellər yaradılırsa, onun ayrıca giriş qapısı olmalıdır”.

***

Vilayət Eyvazov “hostellər məsələsi”nə münasibət bildirdi

Daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov da öz növbəsində hostellərlə bağlı məsələyə münasibət bildirib.

 V. Eyvazov bildirib ki, bununla bağlı izahat tədbirləri olmalıdır: “Bu problemi həll etmək mümkündür. Biz inzibati yolla yox, ancaq maarifləndirmə yolu ilə  bunu edə bilərik”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.Az

 

 

Read Previous

Aliment Fondu yaradılmalı, “uşaq pulu” bərpa edilməlidir – FAZİL MUSTAFA

Read Next

Nəvələrimin çantalarını mənim götürməyə gücüm çatmır, onlar necə götürsün?! – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir