Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ruhu qarşısında baş əyirəm, amma indi Həsən bəy Zərdabinin “əkinçi jurnalistikası” dövrü deyil, indiki jurnalistika, belə demək mümkünsə, daha çox “biçinçi jurnalistikası”dır.
Dünyada da belədir və biz də məhz qlobal jurnalistikanın diqtəsi altında onun oyun qaydalarına uyğun davranmağa çalışırıq.
Və bu özünü təkcə çatdırılanların məzmununda yox, çatdırılma formasında da göstərir ki, o da təbiidir.
Əkinçidən əkdiyinin yetişməsi üçün qayğı və pişim-pişimli davranış, biçincidən isə əldən itilik, sərrastlıq tələb olunur.
Fəqət “biçinçi jurnalistikası” o zaman effektli ola bilər ki, “əkinçi”lik ənənəsinə dayansın.
Dayanmırsa, “dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” məntiqiylə davranaraq nə biçdiyinin və niyə biçdiyinin fərqində olmayacaq.
Fərqində olan hər bir həmkarımı təbrik edir, yeni yaradıçılıq uğurları arzulayıram!
Sahib ALIYEV,
Millət vəkili
Etikxeber.az