Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanın görkəmli elm xadimləri “Böyük İqtisadi Ensiklopediya”nın işıq üzü görməsini elmimiz, milli mədəniyyətimiz üçün böyük hadisə hesab edirlər.
Etikxeber.az olaraq, “Böyük İqtisadi Ensiklopediya” haqqında görkəmli alimlərin fikirlərini sizlərlə bölüşürük:
AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadə:
“Müasir Azərbaycan iqtisad elminin nüfuzlu ağsaqqallarından biri olan görkəmli alim, akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və Baş redaktorluğu ilə hazırlanıb, nəşr etdirilmiş irihəcmli, fundamental Böyük İqtisadi Ensiklopediya həqiqətən də dövrün tələblərinə cavab verən əsl ictimai-siyasi və elmi hadisədir. Dünya iqtisad elminin nailiyyətləri indiyədək ölkəmizdə heç bir nəşrdə “Böyük İqtisadi Ensiklopediya”da olduğu qədər geniş işıqlandırılmamışdır. “Böyük İqtisadi Ensiklopediya” Azərbaycan elminin böyük nailiyyətidir. “BİE” zamanla ayaqlaşan bir iqtisadi külliyyat olmaqla, MDB məkanında da milli dildə işıq üzü görmüş bu tipli ilk irihəcmli nəşrdir”.
SOCAR-ın sabiq birinci vitse-prezidenti, akademik, mərhum Xoşbəxt Yusifzadə:
“Akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və Baş redaktorluğu ilə hazırlanmış “Böyük İqtisadi Ensiklopediya”da Azərbaycan Respublikasının inkişafı, TAP və TANAP layihələri, Cənub Qaz Dəhlizi ilə bağlı məsələlər, eləcə də son illər iqti¬sadi sahədə əldə edilən nailiyyətlər, neft sənayesinin tarixindən başlamış bu günədək bütün proseslər öz əksini tapıb. Gənc mühəndislər üçün bu, çox qiymətli əsərdir”.
Akademik Asəf Nadirov:
“Akademik Ziyad Səmədzadənin rəhbərliyi və böyük zəhməti bahasına ərsəyə gələn bu ensik¬lopediya əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin çevik praqmatizmlə reallaşdırdığı Azərbaycanın iqtisadi inkişaf modeli barədə aydın təsəvvür yaradır. Oxucuda bir daha belə bir qənaət möhkəmlənir ki, müstəqil dövlətimiz qarşıya qoyulmuş məqsəd və vəzifələrin dəqiq müəyyənləşdirildiyi, xalqın keyfiyyətli yaşayış səviyyəsini təmin etməyə imkan verəcək bu model əsasında uğurla inkişaf edir”.
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, mərhum Vasim Məmmədəliyev:
“Hər bir sahədə bizə belə ensiklopediyalar lazımdır. Bu ensiklopediya çox gərəklidir, iqtisadiyyat cəmiyyətin bazisini təşkil edir. Ona görə də iqtisadi ensiklopediyaya hamının ehtiyacı var. Mənə elə gəlir ki, başqa ensiklopediyalarının hazırlanmasında bu ensiklopediyanın böyük rolu olacaq, bir növ pioner rolunu oynayacaq. Doğurdan da, böyük, titanik işdir. Böyük zəhmətin bəhrəsidir. Bu Allahın töhfəsidir, bu xüsusi bacarıqdır, bu qədər işgüzarlıq hər alimdə, hər adamda yoxdur”.
Etikxeber.az