“Biləcəkdim ki, “KQB”-nin sədrinin birinci müavini…” – MİLLƏT VƏKİLİ

“Bu açıqcanın (otkrıtkanın) bu il düz 50 yaşı tamam olur.Bu açıqcanı 1967-ci ildə Mingəçevirdə, evimizin yaxınlığındakı qəzet kioskundan almışam və indiyə qədər şəxsi arxivimdə saxlayıram.10 yaşım var idi, sadəcə olaraq, Novruz Bayramına sevinirdim, 21 martda evimizdə aş bişiriləcəkdi, qonşuların evlərinə papaq atacaqdıq”.

novruz-aydin

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə öz “Facebook” səhifəsində qeyd edib.

O, qeyd edib ki, açıqcanı kioskda görüb və anasından 5 qəpik istəyərək , tez gedib onu alıb.

“On illər keçəndən sonra biləcəkdim ki, sovet dövləti ilk dəfə idi ki, həmin ildə Azərbaycanda dövlət səviyyəsində Novruz Bayramı keçirtməyə icazə vermişdi.

Biləcəkdim ki, bu bayramın keçirilməsi üçün Azərbaycan xalqı mübarizə aparıb, “KQB”-nin sədrinin birinci müavini, polkovnik Heydər Əliyev Moskva qarşısında bayramın keçirilməsinin vacibliyini qaldırıb, Mərkəzi Komitədə Şıxəli Qurbanov onun təşkili ilə bağlı təşkilatı işlər aparıb.

Biləcəkdim ki, ilk dəfə idi ki, Novruza həsr edilmiş açıqca buraxılmışdı və onun da birini mən almışdım.

Düz 50 ildir ki, bu açıqca sadə bir azərbaycanlının, adi bir deputatın kitab rəfində qorunub saxlanır. O günlər xatırlanaraq, milli kökümüzün bir elementi kimi sevilərək və qorunaraq.

Bu da tariximizin bir səhifəsidir…”-deyə, millət vəkili sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Bahar Muradova da son günlərin mövzusundan yazdı…

Read Next

“Novruzun gəlişi el şənliklərilə, sevinclə, folklor nümunələrini yaşatmaqla qarşılanır…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir