Biləcəri və Xırdalan stansiyalarında son tamamlama işləri görülür – “Azərbaycan Dəmir Yolları”

Dəmir yolunda infrastrukturun yeniləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində  bütün qüvvələr səfərbər olunub. Bakı-Sumqayıt-Bakı marşrutu boyu infrastrukturun yeniləşdirilməsi görülən işlərin əsas tərkib hissələrindən biridir.

Etikxeber.az “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə istinadən xəbər verir ki, məlum olduğu kimi, 19 noyabr 2016-cı il tarixdən etibarən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarına Biləcəri və Xırdalan  stansiyalarında dayanacaq verilməsi nəzərdə tutulur.

Bununla bağlı hazırlıq işləri başa çatmaq üzrədir.

Biləcəri stansiyasında tək istiqamətdə (Sumqayıta gedən istiqamətdə) 250 metr uzunluğunda platforma, 7 ədəd oturacaq, 12 ədəd turniket  cüt istiqamətdə (Sumqayıtdan gələn istiqamətdə) isə 140 metr  uzunluğunda platforma, 1 ədəd turniket, 4 ədəd oturacaq hazırdır. Hazırda son tamamlama işləri görülür.

Xırdalan stansiyasiyasında isə 450 metr  uzunluğunda platforma, 2 ədəd turniket, 10 ədəd ikitərəfli oturacaq  tikilib.

Etikxeber.az

Read Previous

Deputatlar hakimlər və vəkillərin sayının artırılmasını təklif etdilər

Read Next

UEFA “Qəbələ”-yə 26 min avro ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir