Biləsuvar RİH-in binası qarşısındakı insidentə görə 7 nəfər-SAXLANILDI – BP VƏ DİN BİRGƏ MƏLUMAT YAYDI

May ayının 4-ü saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşıblar.

Baş Prokurorluq (BP) və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətlərindən Etikxeber.az-a verilən birgə məlumatda qeyd olunur ki, ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk ediblər.

Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirib, onları intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq müqavimət göstəriblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin və asayişin kütləvi şəkildə pozulmasının qarşısı alınaraq 7 nəfər saxlanılıb. Onlardan iki nəfəri barəsində rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb, digər 5 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə inzibati protokollar tərtib edilib.

Hazırda istintaq araşdırmaları davam etdirilir. 

Etikxeber.az

Read Previous

“Yaxşı olar ki, xaricə diplomatik fəaliyyətə ezam edilən insanların ailə üzvlərinin də həmin ölkələrin dilini öyrənməsini XİN o insanlar qarşısında tələb kimi qoysun”-DEPUTAT

Read Next

“Haqqımızın geri qaytarılması uğrunda həyata keçirilən dövlət siyasətini əks etdirən eksponatlardan ibarət bir muzeyin açılmasına ehtiyac var”-JALƏ ƏLİYEVADAN ÖNƏMLİ TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir