Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə nətincəsində 3 nəfər dünyasını dəyişib, daha 4 nəfər xəsarət alıb.
Etikxeber.az xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistral yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Hadisə zamanı “Hyundai” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində aşıb.
Nəticədə avtomobildə olan 7 nəfərdən ikisi – 15 yaşlı Hüseynov Riyad Çingiz oğlu, 13 yaşlı Fərəczadə Səfər Fərəc oğlu hadisə yerində, xəsarət alanlardan 33 yaşlı Hüseynova Günel İsmayıl qızı isə Cəlilabad rayon xəstəxanasında dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
***
Hacıqabul rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Hacıqabul şəhərinin girişində qeydə alınıb.
Belə ki, “VAZ 2107” markalı minik maşını əvvəlcə “KamAZ” markalı yük maşınına, daha sonra isə yaxınlıqdakı bağçanın hasarına çırpılıb.
Nəticədə avtomobilin sürücüsü və bir sərnişin dünyasını dəyişib. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi deyilir.
Avtoqəza ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb.
Qeyd edək ki, “VAZ 2107” markalı avtomobili 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğlu idarə edirmiş.
Etikxeber.az





