Biləsuvarda fərdi evin həyətində narkotik tərkibli bitkilər aşkar edilidi

Biləsuvarda fərdi evin həyətində narkotik tərkibli bitkilər aşkar edilib.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yaşadığı evin həyətində narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb.

Rayonun Günəşli kənd sakini Adil Qarayevin atasına məxsus evin həyətində gizli şəkildə xaşxaş kolu becərdiyi məlum olub. Polis hadisə yerinə baxış keçirərkən bağda qamışla əhatə olunmuş ərazidə 59 ədəd aqrotexniki qaydada becərilmiş xaşxaş kolu aşkarlanıb.

Saxlanılan A. Qarayev narkotik tərkibli bitkiləri özü üçün əkdiyini bildirib. Onun yaşadığı evə baxış keçirilərkən orada bankada qurudulmuş narkotik tərkibli bitki aşkarlanıb.

Qeyd edək ki, A. Qarayev əvvəl məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırıma aparılır.

Etikxeber.az

Read Previous

Cinayət işinin açılmasını gözləmədi- İspaniya xəzinəsinə 6 milyon avro ödədi – RONALDU

Read Next

“Sözlərim Baxçalıya deyil, Kılıcdaroğluna idi…” – ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir