“Bilirəm ki, bəzi “yüksək” intellekt sahiblərinin xoşuna gəlməyəcək…” – ELÇİN MİRZƏBƏYLİDƏN BNA-YA

BAXCP rəsmisi, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli  Bakı Nəqliyyat Agentliyinə (BNA) ittiham xarakterli müraciət ünvanlayıb.

Etikxeber.az-ın müraciətdə deyilir:

“Bakı Nəqliyyat Agentliyinin çox hörmətli rəsmilərinə sualım:

Cümə namazı, yaxud digər dini ayinlər nəqliyyat vasitələrinin sahiblərini inzibati məsuliyyətdən azad edir ya yox?

Əgər etmirsə, hər həftənin cümə günü Mətbuat və İnşaatçılar prospektinin ərazidə yerləşən məscidlərə yaxın böyük bir hissəsində, o cümlədən Mirəli Seyidov küçəsi boyu nəqliyyat vasitələrinin qadağan olunmuş yerlərdə, eləcə 2, bəzən 3 sıra parklanmasına nə üçün göz yumulur və onların sahibləri hansı səbəblərdən cərimələnmirlər?

Əgər cərimələnirlərsə, o zaman nə üçün eyni qanun pozuntusu hər həftənin cümə günü və bir neçə saat ərzində davam edir…

Bakı Nəqliyyat Agentliyinin hesablama maşınının sürətini nəzərə alsaq, belə nəqliyyat vasitələrinin sahiblərinin hər biri hər dəfə bir neçə yüz manat cərimə ödəməlidir. Bu isə inandırıcı görünmür.

…Və nədən bu adamlara izah edilmir ki, onlar hüquqi dövlətdə yaşayırlar və qanunlara əməl etməlidirlər?

Nə üçün adi günlərdə nəqliyyat vasitələrini həmin ərazilərdə hətta bir neçə dəqiqəliyə saxlayan şəxslərə cərimə yazılır, amma cümə günü baş verən kütləvi hüquq pozuntusuna göz yumulur?

Bilirəm ki, bu suallarım dövlət, hüquq, qanun anlayışı olmayan bəzi “yüksək” intellekt sahiblərinin xoşuna gəlməyəcək, amma olsun…

Bildiyim qədər Azərbaycanda qanunların işləmədiyi ərazi və zaman kəsiyi yoxdur”.

Elcin Mirza

maiss

BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə cavabında bunları bildirib:

“Elçin bəy tam əmn ola bilərsiniz, məqsədindən asılı olmayaraq nəqliyyat vasitəsini qadağan olunan yerdə saxlayan hər biri sürücü barəsində tədbir görülür. Təbii orda bizim kameralar varsa. Kamera olmayan yerlərdə isə əməkdaşlarımız mütəmadi tədbirlər həyata keçirirlər. İnsanları qayda pozmaqdan çəkindirmək məqsədi ilə maarifləndirmə işləri də aparılır. Və çox şad olardıq ki, siz də mövqeyinizdən istifadə edib bu işə əməli dəstək verəsiniz…”.

Etikxeber.az

Read Previous

Yeni dərs ilinin – MÜZAKİRƏLƏRİ

Read Next

“Nüvə silahı Türkiyənin bölgədəki çəkisini artıracaq…” – Politoloqun baxışı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir