“Bilirik ki, bir çox insan atamla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik”-AZAD RƏHİMOVUN OĞLU – YENİLƏNİB – (1)

Atam Azad Rəhimov dünən Bakı vaxtı ilə saat 22:45-də ağciyər xərçəngindən müalicə aldığı Amerika Birləşmiş Ştatlarında dünyasını dəyişib. O, uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəksə də, həyatının son anına qədər Vətənini, dövlətini düşünürdü. Atam çox xoşbəxt idi ki, sağlığında Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun Qarabağı azad etməsinin şahidi oldu. 

Etikxeber.az xəbər verir ki, bunu ötən gün dünyasını dəyişən Gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov “facebook” hesabında yazıb.

Arif Rəhimov daha sonra qeyd edib ki, Azad Rəhimov yaxşı övlad, yaxşı ata, yaxşı dost olmaqla bərabər dövlətini sevən vətəndaş idi: 

“Atam, babası Sadıq Rəhimovdan miras qalan dövlətçilik ənənələrini yaşadaraq, hər zaman Vətəni üçün çalışırdı.

Azad Rəhimov tək nazir deyil, ictimai xadim idi. 

Biz bilirik ki, bir çox insan onunla sağollaşmaq istəyir, ancaq pandemiya səbəbindən anlayış göstərərək dəfn mərasiminə gəlməməyinizi xahiş edirik.

Ailəmiz üçün bu çətin anda bizə dəstək olan cənab Prezidentə, hörmətli Vitse Prezidentə və ictimaiyyyətə təşəkkür edirik. 

Allah rəhmət eləsin!”.

***

“Bir neçə dəqiqə bundan öncə mənəvi atamı, dostumu, böyük qardaşımı, ürək sirdaşımı, nazirimi itirdim. Bir müddət bundan öncə onunla danışanda: “Azad m, nə olar, tez gəlin. Sizinlə bölüşməyə, danışmağa, məsləhətlərinizi almağa elə ehtiyacım var”. yazmışdım. Cavabı: “Gözlə. Gələcəm.”olmuşdu”.

Bunu isə Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova öz “Facebook” səhifəsində yazıb.

O, sonra yazıb:

“Azad m, axı Siz hər zaman sözünüzə sadiq olmusunuz. Bəs bu dəfə niyə belə etdiniz? Niyə gözümü yolda qoydunuz? Sizsiz mənə çox çətin olacaq Azad m. Qoyduğunuz boşluğun ağrısı hər zaman içimi göynədəcək, ürəyimi yandıracaq. Sizin yoxluğunuzla mən həyatımda ilk dəfə doğma itkisinin acısını yaşadım. Allah mənə 14 il Sizinlə çiyin-çiyinə çalışmmağı, Sizdən öyrənməyi, Sizin məktəbi keçməyi mükafat olaraq nəsib etdi. Hər şey üçün çox sağ olun! Zəhmətinizi halal edin! Məkanınız cənnət olsun mərd, sözü , əməli bütöv, mərhəmətli MÖHTƏŞƏM INSAN!”

10:12

***

Türk Şurası da A. Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

 Bu barədə Türk Şurasının “Twitter” hesabında qeyd olunub.

“Türk Şurası daxilində gənclər və idman sahəsində əməkdaşlığın inkişafına böyük töhfələr vermiş gənclər və idman naziri, dəyərli insan Azad Rəhimovun vəfatından kədərləndiyimizi bildiririk. Allahdan ona rəhmət diləyir, ailəsinə və Azərbaycan hökumətinə başsağlığı veririk”, – deyə qeyd olunub.

 Xatırladaq ki, bir müddətdir, ABŞ-da müalicə olunan A. Rəhimov aprelin 30-da 57 yaşında dünyasını dəyişib.

Etikxeber.az

Read Previous

Daha 1196 yeni yoluxma-DAHA 27 ÖLÜM…

Read Next

“Qoy bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun”-MEHRİBAN ƏLİYEVADAN PAYLAŞIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir