“Bilmək istəyirik ki, yenilik var, yoxsa, elə boş-boşuna danışırıq…” – MİLLƏT VƏKİLİ

Deputat: 10 gün keçir, deyilsin görək valyutadəyişmə məntəqələri ilə bağlı nə baş verdi?

Keçən iclasımızda Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndəsinə valyutadəyişmə məntəqələri ilə bağlı sual verdik. Üstündən 10 gün keçir, deyilsin görək, bu müddət ərzində nə dəyişiklik, nə yenilik baş verib?!.

Etikxeber.az-ın xəbərinə görə, bunu parlamentin komitə iclasında millət vəkili Rüfət Quliyev deyib.

rufet-quliyev

Onun sözlərinə görə, çünki bu məsələ ciddi məsələdir və hər dəfə də qaldırılır:

“Biz də bilmək istəyirik ki, bu məsələdə hansı yenilik var, yoxsa, biz elə boş-boşuna danışırıq…”.

Amma qeyd edək ki, millət vəkilinin iradı və sualı havada qalıb, ona adıçəkilən Palatanın iclasda iştirak edən nümayəndəsi tərəfindən izahat verilməyib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

Read Previous

Parlamentin iclası qabağa çəkildi…

Read Next

Millət vəkillərindən irad…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir