“Bilsinlər və yaddan çıxarmasınlar: Olan yenə özlərinə olacaq, bu dəfə forpostdan iz-toz belə qalmayacaq”-ELDƏNİZ SƏLİMOV – MİLLƏT VƏKİLLƏRİ SON GÜNLƏR SƏRHƏDDƏ VƏZİYYƏTİN GƏRGİNLƏŞDİRİLMƏSİNƏ YÖNƏLƏN CƏHDLƏRDƏN DANIŞDILAR…

Bəhruz MƏHƏRRƏMOV: “Əgər bu xəstə və nanəcib toplum, bu qorxaq və fərari xalq, bu terrorçu dövlət onlara əta olunmuş imkandan istifadə etmirsə, abırsızcasına revanş iddiasına düşürsə, deməli, özləri-özlərinə qənim kəsiliblər”

Müharibə 8 ay əvvəl bitib. Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərindən it kimi qovulduqdan sonra haylara tarixi şans verilib ki, sülh müqaviləsi imzalayaraq kommunikasiyalara qoşulub dalandan və miskin durumdan çıxsınlar.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov dilə gətirib.

Qeyd edib ki, əgər bu xəstə və nanəcib toplum, bu qorxaq və fərari xalq, bu terrorçu dövlət onlara əta olunmuş imkandan istifadə etmirsə, abırsızcasına revanş iddiasına düşürsə, deməli, özləri-özlərinə qənim kəsiliblər.

“Çünki Azərbaycan yeni bir müharibə arzu etmir. Hətta, ərazilərimiz işğalda olanda da biz müharibə istəməmişik, 27 sentyabr 2020-ci ildə savaşı da Ermənistan başladı və əks hücumla yerlə-yeksan edildi. Əgər indi yeni bir müharibə başlasa bu, 103 illik erməni dövlətçiliyinin sonu olacaq.

Ermənistanın 30 il ərzində bütün strateji yüksəklikləri və cəbhəboyu üstünlükləri əlində saxladığı bir dövrdə Azərbaycan ordusuna düşməni it kimi qovmaq üçün cəmi 44 gün lazım oldusa, hazırda bütün səviyyələrdə müqayisolunmaz üstünlüyümüz şəraitdə Azərbaycan ordusuna müzəffər Ali Baş Komandanın öndərliyində düşmənin başını dəmir yumruqla əzmək üçün saatlar kifayət edər və cənab İlham Əliyevin də dediyi kimi bu haqq işində bizi kimsə dayanmağa məcbur edə bilməz”-deyə, millət vəkili sonra qeyd edib.

Digər millət vəkili Eldəniz Səlimov da son günlər düşmən dövlət tərəfindən sərhəddə, xüsusilə, Kəlbəcər istiqamətində vəziyyətin gərginləşdirilməsinə yönələn cəhdlərin, təxribatların heç bir səmərə və effekt verməyəcəyi qənaətindədir.

Bildirib ki, “Dəmir Yumruq”la cəmi 44 günə diz çökdürülən təcavüzkar və işğalçı ölkə, onun arxasında dayanan məkrli, çirkli, qanlı əllər, revanşizm hissi ilə alışıb-yananlar bu dəfə də heç nəyə nail ola bilməyəcəklər.

Onun sözlərinə görə, Azərbaycan öz sözünü 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Cünnüt əməliyyatında və 2020-ci ilin İyul-Tovuz hadisələrində dedi, Ermənistanı uyardı, ona və arxasında dayananlara xəbərdarlıqlarını etdi, amma bundan nəticə çıxarılmadı və sonu da bəllidir, Ermənistan 2020-ci ilin 10 noyabrında Azərbaycan qarşısında təslim oldu, kapitulyasiya sənədinə imza atdı.

“Çox təəssüflər olsun ki, görünür, yenə də ağılları başlarına gəlməyib, yenə biabırçı aqibətlərindən dərs almayıb, nəticə çıxarmayıblar, yenə də başları əzilmək, “Dəmir Yumruq” istəyirlər. Ali Baş Komandanın da dəfələrlə bəyan etdiyi kimi, “Dəmir Yumruq” öz yerindədir və istənilən an onların başına endirilə bilər. Son günlər baş verənlər isə “Dəmir Yumruğ”un yenidən qaçılmaz olduğunu göstərir və əgər bu dəfə də təxribatlarından, vəziyyəti gərginləşdirmək cəhdlərindən əl çəkməsələr, birdəfəlik cəhənnəmə göndəriləcək, Ermənistan adlı yarımmüstəmləkədən iz-toz belə qalmayacaq. Buna hazır və qadirik. Və kimsə də bizə təzyiq, diktə edə, bizi öz yolumuzdan döndərə bilməz. 44 günlük müharibə bunun əyani nümunəsi oldu.

Ali Baş Komandanın Azərbaycan Televiziyasına son müsahibəsində bəyan etdiyi kimi, “bundan sonra da Ermənistanın məyusluğu davam edəcək. Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar”.

Bəli, biz yenə ən yüksək, ən ali səviyyədə sözümüzü dedik, xəbərdarlığımızı etdik. İndi seçim, dərs çıxarmaq qarşı tərəfindir. Dərs, nəticə çıxarmamaqda, təxribatlarda davam edəcəklərsə, yenə olan özlərinə olacaq-Ermənistan adlı forpost əbədiyyən yox olacaq. Bilsinlər və yaddan çıxarmaslnlar!”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Daha bir Şəhidimiz-GİZİR FƏRMAN YAQUBLU ŞƏHİD OLDU – MN VƏ XİN BƏYANAT YAYDI – DÖVLƏT SƏRHƏDDİNDƏ ATIŞMA DAVAM EDİR – YENİLƏNİB – (2)

Read Next

Millət vəkili və iş adamı 160 imkansız ailə və valideyn himayəsindən məhrum olmuş uşaqları-SEVİNDİRDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir