Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Türkiyənin Diyarbəkir vilayətinin Bağlar rayonunda terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina hücüm olub.
Etikxeber.az-ın “Bir Gün” qəzetinə istinadən verdiyi xəbərə görə, partlayışla bağlı baş nazir Binəli Yıldırım jurnalistlərə məlumat verib.
O, bildirib ki, bu səhər Türkiyə vaxtı ilə saat 08.00-da terrorçu şəxs və ya şəxslər Bağlar rayonunda terrorla mübarizə və çevik polis alayının yerləşdiyi bina hücüm edərək, binanı partladıblar:
“Nəticədə 8 nəfər ölüb. Ölənlərdən 2 nəfəri polis, 6 nəfəri isə mülki şəxslərdir. Bir terroris isə məhv edilib. 100-dən çox insan yaralanıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Artıq yaralıların bir qisminə, yəni 93 nəfərinə ambulator yardım göstərildikdən sonra evə buraxılıb”.
Etikxeber.az