Bina ucdu, 15 nəfər öldü… – MALİDƏ

Malinin paytaxtı Bamako şəhərində yaşayış binasının çökməsi nəticəsində 15 nəfər ölüb, daha 41 sakin isə dağıntılar altından xilas olunub.

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, üçmərtəbəli bina yerli vaxtla saat 04:00-da uçub.

Xilasetmə işləri gün ərzində davam etdirilib.

“20:00-a olan məlumata görə, Bankoni Salembuqu rayonunda binanın uçması zamanı 41 nəfər xilas olunub, daha 15 nəfəri ölüb” – deyə,  bildirilib.

Xilasetmə işlərinə, eləcə də zərərçəkmiş ailələrə dəstək olmaq üçün hadisə yerinə, həmçinin Malinin bir neçə nazirləri də gəlib.

Ehtimal olunur ki, insident ən yuxarı mərtəbədə aparılan tikinti işlərinə görə baş verib.

Etikxeber.az

Read Previous

“Bütün tələbə qızlar ödənişli təhsildən azad olunsunlar…” – MUSA QULİYEVDƏN ÇOX VACİB VƏ ÖNƏMLİ TƏKLİF

Read Next

“Verilən bəyanatlarin və real nəticələrin arasında böyük fərq olur” – TOFİQ ZÜLQÜQAROV PUTİNİN KÖÇƏRYANA TƏBRİKİNİ BELƏ ŞƏRH ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir