“Həyətimiz qarajlar tərəfindən zəbt olunub…” – FÜZULİ KÜÇƏSİNİN SAKİNLƏRİNDƏN LEYLA ƏLİYEVAYA MÜRACİƏT – FOTOLAR

Bakı şəhəri Nəsimi rayon Füzuli küçəsi 73-də yerləşən binanın sakinləri Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevaya müraicət ünvanlayıblar.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

Hörmətli Leyla xanım!

Təsisçisi və rəhbəri olduğunuz IDEA İctimai Birliyi tərəfindən artıq neçə müddətdir ki,  paytaxt Bakımızda “Bizim həyət” layihəsi həyata keçirilir.  Layihənin əsas məqsədi də Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Layihəsi çərçivəsində abadlaşdırılan həyətlərdə də əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınaraq, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə futbol, şahmat meydançaları, idman qurğuları, həmçinin, oturacaqlar, söhbətgahlar quraşdırılır. Həmçinin, sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdə yeni işıqlandırma dirəkləri quraşdırılır, binaların fasadları və giriş hissələri də tam təmir olunaraq onların istifadəsinə verilir. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq, ağac əkilir, yaşıllıq zolağı salınır.

Bildiyimiz qədər sözügedən layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, paytaxtımızın abadlaşdırılmağa daha çox ehtiyacı olan həyətlərindən birinin sakinləri olaraq Sizə müraciət etməyi qərara aldıq.

Hörmətli Leyla xanım!

Bizim bina şəhərin mərkəzində, Mərkəzi Bankın və “Kapital bank”ın düz yaxınlığında yerləşir. Uzun illərin binasıdır. Amma çox təəssüflər olsun ki, binamızın həyətində addım atmağa, normal hərəkətə, dincəlməyə, istirahət etməyə imkan yoxdur. Həyətin sakinləri-xüsusilə, yaşlı insanlar və azyaşlıların istirahəti üçün heç bir imkan mövcud deyil. Binamızın həyəti belə demək mümkünsə, avtomovil qarajları ilə zəbt olunub. Hansı ki, həmin avtomobil qarajı sahiblərinin çoxu bizim binada yaşamır, hətta, elə qarajlar var ki, hətta, 20-30 ildir ki, istifadəsizdir, gedib-gələn də yoxdur.  Bununla yanaşı, həyətdə avtomobillərin səs-küyündən- ətrafa, binanın sakinlərinə verdikləri narahatlıqdan çox şikayətçiyik.

Ona görə Sizdən xahiş və rica edirik ki, “Bizim həyət” layihəsi çərçivəsində bizim binanın həyətinin də abadlaşdırılmasına, orada sakinlər, yaşılar, azyaşlılar üçün asudə vaxtın səmərəli təşkili üçün şəraitin yaradılmasına,  həyətin abadlaşdırılmasına kömək və yardım göstərərdiniz. Buna binamızın sakinlərinin, xüsusilə, yaşlıların və uşaqların çox böyük ehtiyacı var. İnanırıq və qəti əminik ki, müraciətimiz tərəfinizdən dərhal nəzərə alınacaq, abadlaşdırılan həyətlər sırasına bizim binanın həyəti də daxil ediləcək.

Öncədən də Sizə dərin minnətdarlığımızı və təşəkkürlərimizi bildirir, Sizə fəaliyyətinizdə növbəti uğurlar arzulayırıq”.

Etikxeber.az

 

 

 

 

 

 

Read Previous

“Azərbaycan həm NATO, həm Rusiya tərəfindən görüş yeri kimi seçilib” – PREZİDENT – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Birinci vitse-prezidentin Rusiya səfərinə – ÜÇ BAXIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir