Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
31 mart 1918-ci il Azərbaycanlıların soyqırımı günüdür. Ötən əsrin əvvəllərində erməni terror təşkilatlarının öz havadarları ilə birlikdə xalqımıza qarşı törətdikləri vəhşətlər heç bir zaman unudulmayacaq!
Etikxeber.az xəbər verir ki, bunu parlamentin komitə sədrinin müavini, professor Jalə Əliyeva deyib.
“Təəssüflər olsun ki, biz bir əsrdə bir-neçə dəfə erməni işğalçı siyasətinin acı nəticələrinə məruz qaldıq. Amma sınmadıq, əyilmədik, torpaqlarımız uğrunda son damla qanımıza qədər vuruşduq. Vətən uğrunda, bütövlüyümüz uğunda canından keçən bütün şəhidlərimizə, fədailərimizə bu gün Allahdan rəhmət diləyirik! Tanrı xalqımıza yar olsun! Amin!”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.

Etikxeber.az





