Bir ailənin 3 üzvü qidadan zəhərlənib, bir nəfər ölüb – GORANBOYDA

Goranboyda qidadan zəhərlənmə olub.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, rayonun Xınalı kənd sakini, 1976-cı il təvəllüdlü İsaq Hüseynov, həyat yoldaşı 1986-cı il təvəllüdlü Səlmi Hüseynova və 9 yaşlı qızı qida zəhərlənməsi əlamətləri ilə Gəncə şəhəri Abbas Səhhət adın 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Həkimlərin səylərinə rəğmən, İ. Hüseynovun həyatını xilas etmək mümkün olmayıb. S. Hüseynova və azyaşlı qızının vəziyyətinin isə ağır olduğu bildirilir.

Məlumata görə, Hüseynovlar ailəsinin evində dünən gecə alüminium qazanda mərci supu hazırlanıb. Bir gecə həmin qazanda saxlanılan yeməyi yeyən ailə üzvləri bu gün zəhərlənib.

Etikxeber.az

Read Previous

İkinci Avropa Oyunlarının proqramı 2017-ci ilin baharında təsdiq ediləcək

Read Next

Kişi idman gimnastikası üzrə Avropa çempionatı Bakıda təşkil olunacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir