Bir beynəlxalq tədbirə sözardı – BAHAR MURADOVA YAZDI

Millə Məclis (MM) sədrinin müavini Bahar Muradova öz “Facebook” səhifəsində “Bir beynəlxalq tədbirə sözardı” adlı statusla çıxış edib.

Etikxeber.az həmin statusu olduğu kimi, təqdim edir:

Bunu etməyə məni vadar edən səbəblər haqda danışmaq istəyirəm.

Əvvəla onu deyim ki, Azərbaycanın ən müxtəlif platformalarda, rəngarəng mövzularda və mötəbər insanların qatılımı baxımından çox böyük əhəmiyyət kəsb edən tədbirlərə ev sahibliyi etməsi barədə müntəzəm danışılmaqdadır.

Hər dəfəsində də ən yüksək standartlara cavab verməsilə diqqət çəkən bu tədbirlər dünyanın əksər ölkələrini və xalqlarını bir araya gətirmək, ümumi maraqlarımız naminə səyləri birləşdirmək, bütün problemlərin dialoq və əməkdaşlıq əsasında həll olunmasına ciddi töhfələr verməklə tarixə qovuşur, yaddaşlarda qalır.

Ötən həftə isə Bakı şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (İSSA) təşkilatçılığı ilə baş tutan Avropa Regional Sosial Təminat forumunda dünyanın 35 ölkəsindən 55 qurumu təmsil edən 140-dan artıq xarici qonağın iştirakı ilə 3 gün ərzində çox faydalı müzakirələr keçirildi.

Açılış sessiyasında mənim də iştirak etdiyim bu mötəbər Forum Qafqaz regionunda ilk dəfə Azərbaycanda baş tutmaqla yanaşı, Avropada sosial təminat sahəsində aktual problemlərin müzakirə edilməsi, təcrübə mübadiləsi aparılması baxımından da unikal bir fürsət oldu.

Ən diqqətçəkən məqam isə Azərbaycanın son illərdə əldə etdiyi müsbət nəticələr, sosial təminat sahəsində tətbiq etdiyi maraqlı yeniliklər, qısa müddətdə illərlə həll edilməsi müşkül görünən problemlərin aradan qaldırılması üçün həyata keçirilən uğurlu islahatlar barədə ƏƏSMN-nin müvafiq qurumlarının rəhbərlərinin təqdimatları idi.

Forması, məzmunu və əhatə dairəsi baxımından çox tutumlu olmaqla, qarşıya qoyulan hədəflərə çatmaq üçün müsbət təcrübə kimi bu təqdimatların geniş maraq doğurduğu aşkar görünürdü. Odur ki, belə bir forumun Azərbaycanda keçirilməsinin Təşkilata üzv ölkələr üçün belə müsbət təcrübələrlə əyani tanış olması, nəticələri haqda müfəssəl məlumat alması baxımından nə qədər əhəmiyyətli olması haqda fikir yürütməyə yer qalmır.

Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) sədri Yoakin Broyerrin çıxışında Avropada sosial təminat sahəsindəki mövcud problemlər və onların həlli yolları barədə çıxışını dinlədikdən sonra Forumun bu məqamlara diqqət edərkən daha çox Azərbaycan təcrübəsinə istinad etməli olacağına şübhə etmədim.

Bu fikirlərimin sübutu kimi bir neçə məqamı vurğulamaq istərdim. Elə bu forum çərçivəsində təşkil olunan qala gecəsində təşkilata üzv ölkələr arasında həyata keçirilən layihələrin qiymətləndirilməsi məqsədi ilə hər 3 ildən bir keçirilən “Yaxşı təcrübə” müsabiqəsinin növbəti turunun nəticələri elan edilib.

20 ölkədən təqdim edilmiş 76 sosial layihə arasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi dörd layihənin hər biri münsiflərin xüsusi rəyi ilə ən yaxşı təcrübə kimi dəyərləndirməklə xüsusi mükafata layiq görülmüşlər.

Əziz dostlar, bunları Sizin də bilməyinizi məqsədəuyğun hesab edirəmı:

1. Ünvanlı dövlət sosial yardımı üzrə elektron sistem (VEMTAS)
2. Əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem (TSERAS)
3. Özünüməşğulluq proqramı
4. Qeyri-rəsmi məşğulluğun qarşısının alınması
Odur ki, bir daha
– bu layihələrin tətbiqinin ölkəmizdə sosial yardım və əlilliyin qiymətləndirilməsi sistemlərində, ünvanlılıq və şəffaflığın təminatında, müasir iş prinsiplərinin formalaşdırılmasında rolunu;

baharrrrr-222222222222222222
– Azərbaycanda icra olunan özünüməşğulluq proqramının həssas qruplarla bağlı passiv sosial müdafiə tədbirlərindən aktiv tədbirlərə keçidin təmin olunmasında, həmin qrupların işsizlikdən kiçik ailə biznesinə çıxışına imkan verdiyini;
– proqramın mühüm sosial iqtisadi faydalarını;
– qeyri-rəsmi məşğulluğun qarşısının alınması üçün həyata keçirilən kompleks təsirli tədbirlərlərin önəmi və müsbət nəticələrini xüsusi olaraq qeyd etmək lazımdır.

Artıq bütün dünya ölkələri üçün çox vacib əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətindəki innovativ həll variantlarına və uğurlu nəticələr əldə etmənin Azərbaycan təcrübəsinə malik olmanın qürurunu yaşadan bir forum da tarixə qovuşdu.

Qəbul olunan qərarlar və “yaxşı təcrübələr” isə hamı üçün uğurlu yol xəritəsidir.

 

Etikxeber.az

 

Read Previous

Zurab Sereteli “Dostluq” ordeni ilə təltif edildi – SƏRƏNCAM

Read Next

Kürdəmirdə “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 145 min manat vəsait ayrıldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir