“Bir-birini təkrarlayan elmi institutlar birləşdirilməlidir… Gələcəkdə elmi tədqiqat mərkəzləri olaraq universitetlərin fəaliyyətinə diqqəti artırmaq lazımdır…”-BƏXTİYAR ƏLİYEV

Tələbələrin təkcə təhsil xərcləri deyil, eyni zamanda ehtiyacları da nəzərə alınsa, yaxşı olar.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.

O, bildirib ki, aztəminatlı ailələr üçün tələbə krediti sistemində tələbələrin ehtiyacının də nəzərə alınması yaxşı olar.

“Digər tərəfdən, bizim rayon və kəndlərimizdə bəzi məktəblərin yenidən qurulmasına çox böyük ehtiyac var. Elm xərclərinin siyasəti isə bütövlükdə dəyişdirilməlidir. Ölkədə oxşar olan, bir-birini təkrarlayan elmi institutlar birləşdirilməlidir. Gələcəkdə elmi tədqiqat mərkəzləri olaraq universitetlərin fəaliyyətinə diqqəti artırmaq lazımdır. Elmi tədqiqatlar sahəsində istisna kimi müdafiə sənayesi sahəsində aparılan elmi tədqiqatları göstərə bilərik”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bu gün bizdə olan dərmanlar qonşu ölkələrlə müqayisədə bahadır ki…”-ƏHLİMAN ƏMİRASLANOV NARAZILIQ ETDİ

Read Next

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının katibliyinin yeni binasının-AÇILIŞI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir