“Bir çox xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması əhalinin haqlı narazılığına səbəb olur…”-MM-İN SƏHİYYƏ KOMİTƏSİNİN SƏDRİ

İcbari tibbi sığorta ölkəmizdə uğurla həyata keçirilir və icbari tibbi sığorta ilbəil genişlənir.

Etikxeber.az-ın xəbərinə görə, bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin iclasında “İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə komitənin sədri Əhliman Əmiraslanov deyib.

Bildirib ki, ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin yaxşılaşdırılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da böyük işlər görür.

Onun sözlərinə görə, icbari tibbi sığortanın tətbiqində uğurlardan danışmaqla bərabər nəzərə almaq lazımdır ki, əhalinin icbari tibbi sığortadan gözləntiləri böyükdür.

“Hələ də bir çox xəstəliklərin icbari tibbi sığorta ilə əhatə olunmaması əhalinin haqlı narazılığına səbəb olur. Bu gün müzakirə etdiyimiz ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması üçün də xeyli işlər görülür. Ancaq bu sahənin xüsusilə bölgələrimizdə ciddi təkmilləşməyə və islahatlara ehtiyacı var”-deyə, komitə sədri əlavə edib.

Etikxeber.az

Read Previous

Bu gün bu yollarda sıxlıq var-SİYAHI

Read Next

“Nə biləydim ki, bu, balamın sonuncu doğum günü olacaq…”-Ailənin iki övladından biri, “Rəşadət” ordenli, 34 yaşı tamam, CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜ OLAN ŞƏHİD KƏNAN SÜLEYMANLININ ANASI SƏADƏT ŞİRƏLİYEVA – FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir