Bir dəfə də biz ermənilərə gözdağı verə bilmərikmi? – POLİTOLOQ YAZDI

Fransa məhkəməsinin bu ölkənin bəzi şəhər bələdiyyələrinin erməni separatçıları ilə imzaladıqları “sazişləri” ləğv etməsi müsbət hadisə sayılsa da, eyforiyaya qapılmağa da ehtiyac yoxdur.

Çünki arxasında erməni lobbisi olan düşmən hiyləgərdir və əks zərbəyə hazırlaşır. Məsələn iyunun 17-də erməni separatçılarının “parlament sədri” Aşot Qulyan Xankəndidə “Arsax-Fransa dostluq qrupunun” iclasını keçirib.

Erməni separatçıları Fransa məhkəməsinin qərarına baxmayaraq, Fransadakı dostlarının onlardan imtina etməyəcəklərini bildiriblər. İstisna ermirəm ki, yaxın günlərdə Fransanın daha bir bələdiyyə başçısı Dağlıq Qarabağda peyda olsun.

Maraqlıdır ki, bugünlərdə ABŞ-ın məşhur ermənipərəst konqresmeni Frank Pallone təklif edib ki, Amerika rəsmilərinin Dağlıq Qarabağa birbaşa səfərlərinə mane olan qadağa ortadan qaldırılsın.

Beləliklə, erməni separatçıları erməni lobbisi ilə birgə fəaliyyətlərinə ara vermirlər.

Ona görə də Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) ABŞ və Fransa kimi ölkələrdəki səfirliklərimizlə birgə qabaqlayıcı addımlar atmalı, çalışdıqları ölkələrin rəsmilərini və deputatlarını mümkün yanlışlıqlardan çəkindirməlidirlər.

Bu arada, Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərən xəritələrlə mübarizə hələ də nəticə vermir.

Bir zəhmət XİN-miz araşdırsın ki, Rusiyada və digər ölkələrdə bu xəritələr necə hazırlanır və necə olur ki, bu xəritələr təyyarələrdə paylanan dərgilərdə peyda olur?

Bir dəfə görmədik ki, Zəngəzuru və ya Göyçəni Azərbaycan ərazisi kimi göstərən xəritələr yayılsın.

Bir dəfə də biz ermənilərə gözdağı verə bilmərikmi?

Elxan ŞAHİNOĞLU

Etikxeber.az

Read Previous

“İndi bu, ən başlıca məsələdir…” – VYAÇESLAV FETİSOV – FOTOLAR

Read Next

Azərbaycana səfir vəzifəsinə 7 nəfərin namizədliyi irəli sürüldü – LİTVADA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir