Bir gecədə bütün Azərbaycanın övladı olan Cəmil Məmmədli…-KAMİL HƏMZƏOĞLU YAZIR

Cəmil Habil oğlu Məmmədli…

Evin-ailənin tək, subay və ali təhsilli oğlu, övladı…

Böyük arzuları, xəyalları olan Azərbaycan, Vətən sevdalısı…

Və İsmayıllımızın, cəmi Azərbaycanımızın İkinci Vətən Müharibəsi Qəhrəmanlarından, İgidlərindən və Nur üzlü Şəhidlərindən biri…

Onu tanımayan çətin tapılar…

Cəmi 21 yaşında İgidliyi, Qəhrəmanlığı və Şəhidliyi ilə bir gecədəcə, bir andaca bütün Azərbaycanda tanındı…

Həm tanındı, həm də tanıtdı…

Oktyabrın 15-nə kimi bir ailənin, bir evin tək oğlu, bir nəslin davamçısı idisə, oktyabrın 15-dən artıq bir elin, minlərin, milyonların, cəmi Azərbaycanın övladı, oğlu oldu…

Şəhidliyi, cismən ayrılığı ilə ailəsinin-canından çox istədiyi anasının, onu özünə təkcə oğul deyil, eyni zamanda, dost-sirdaş bilən atasının…qəlbinə çalın-çarpaz dağ çəksə də, onlara acıların-acısını, övlad acısı yaşatsa da, həm də onları özü ilə birgə Ucaltdı, bütün Azərbaycana tanıtdı…

Həm özü, həm də ailəsi bütün Azərbaycanın, bütün Azərbaycan oldu…

***

Cəmi saatlar sonra Cəmilin Şəhidliyinin, torpağa tapşırılmasının bir ilidir, Anım Günüdür…

Düz bir il keçir Onun Şəhidliyindən, Əbədiyyətə uğurlanmasından…

Düz bir il keçir cismən Cəmilsizlikdən…

Cismən olmasa da, amma ruhən, mənən yenə ailəsilədir, bizlərlədir…

Ruhən, mənən yaşayır və daim yaşayacaq qəlblərdə, ürəklərdə…

***

Bir az olar ki, Cəmilgildəyəm, yenə İsmayıllımızda, onun ata-baba-ocağındayam…

Özümə mənəvi borc bildim ki, Anım Günündə də ailəsinin, Cəmilin əzizlərinin, onunla mənən, ruhən yaşayanların…Aygün xanımın, Habil bəyin… yanında olum…

Olmaya, gəlməyə bilməzdim…Özümü heç zaman bağışlamazdım…

Çünki bugünümüzə, dincliyimizə, əmin-amanlığımıza…görə Cəmilə, Cəmillərə, onların özləri qədər İgid və Şəhid valideynlərinə borcluyuq, borcluyam…

Bir ömür boyu borcluyuq…

Onun, Onların, Şəhid valideynlərinin borcu, Haqqı heç zaman ödənməz və ödənməyəcək də…

Ruhun qarşısında baş əyirəm-Cəmilim, qarşınızda baş əyirəm-Aygün xanım, Habil kişi!

Məkanın cənnətlik, məqamın ucalardan-Uca olsun, Allah valideynlərinə, əzizlərinə səbr və dözüm versin!

Azərbaycan var olduqca, var olacaq, yaşayacaqsan!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

14.10.2021, Bakı-İsmayıllı

Etikxeber.az

Read Previous

Daha 1448 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Read Next

Hərbi qulluqçumuz Səhid olub-MÜDAFİƏ NAZİRLİYİ MƏLUMAT YAYDI – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir