Bir gecədə Dastana dönən “Azərbaycan bayrağı” ordenli-ŞƏHİD XUDAYAR YUSİFZADƏNİN ANIM GÜNÜ – MƏZARININ İZDİHAMLI ZİYARƏTİ, İZDİHAMLI ANIM MƏRASİMİ – FOTOLAR – YENİLƏNİB – (5)

İkinci Vətən Müharibəsi Şəhidlərindən olan “Azərbaycan bayrağı” ordenli Xudayar Müslüm oğlu Yusifzadənin Əbədiyyətə uğurlandığı gündür.

Bu gün onun Şəhidliyindən, torpağa tapşırılmasından bir il keçir.

Bu gün Xudayar Yusifzadənin Anım Günüdür.

Etikxeber.az-ın xəbərinə görə, əslən Ağdamlı olan, özü isə 1998-ci ilin iyul ayının 15-Bərdədə, sadə bir ailədə dünyaya gələn Xudayar Yusifzadə Dövlət Sərhəd Xidmətinin (DXS) Kiçik giziri kimi İkinci Vətən Müharobəsində iştirak edib.

Və 2020-ci ilin oktyabrın 21-dən 22-nə keçən gecə qəhrəmancasına həlak olub, Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 22-də Bərdə Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ölümündən, Şəhidliyindən sonra “Azərbaycan bayrağı” ordeni və iki medalla təltif olunub.

Xudayargil ailədə 4 uşaq, 3 qardaş, bir bacı olublar.

O, həm də subay olub.

00:01

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Xudayar Yusifzadənin Bərdə Şəhidlər Xiyabanında izdihamlı ziyarət mərasimi olub.

Ziyarət zamanı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar oxunub.

Məzarı başında çıxışlar olunub, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Ziyarədə Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən, Mingəçevirdən, Kürdəmirdən, Goranboydan, Bakıdan, Ağdamdan, Ağcabədidən, Gəncədən, Samuxdan və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid ailələri, Qaziləri, hərbçilər, din xadimləri və başqa şəxslər iştirak ediblər.

12:00

***

Məzarının ziyarətindən sonra Bərdənin Güloğlular kəndində-ailəsinin yaşadığı evdə izdihamlı, yüzlərlə insanın iştirak etdiyi Anım mərasimi keçirilib, adına ehsan süfrəsi açılıb.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni oxunub, bir daha ruhuna dualar edilib.

Ailəsi adından ziyarət və mərasim iştirakçılarına minnətdarlıq bildirilib.

Nur içində yatsın!

16:00

***

Etikxeber.az gün ərzində ziyarət və mərasimdən fotoları təqdim edir:

FOTOLAR:

ŞƏHİD ANASI…QƏHRƏMAN ANA…RADƏ ANA…ANALAR, YANAR AĞLAR…

ŞƏHİD AİLƏLƏRİ…DƏRD VƏ QÜRUR ORTAQLARI…ŞƏHİD AİLƏSİNƏ BİR DAHA BAŞSAĞLIĞI VERİR, BİR DAHA SƏBR DİLƏYİRLƏR…

BƏRDƏNİ PARLAMENTDƏ TƏMSİL EDƏN MİLLƏT VƏKİLİ FATMA YILDIRIM…

QAZİLƏRİMİZ, İGİDLƏRİMİZ, DASTAN YAZAN QƏHRƏMANLARIMIZ…

16:30

***

ŞƏHİD ANALARI…CƏNNƏT ANALAR…

FƏXRİLƏR, ELMƏDDİNLƏR, MEHMANLAR, DEVRANLAR…QÜRURLARIMIZ, FƏXRLƏRİMİZ…

16:55

VƏ İZDİHAMLI ANIM MƏRASİMİ…

17:15

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ali təhsilli, subay, 4 medallı-ŞƏHİD AQİL MİRZƏLİYEVİN ANIM GÜNÜDÜR – FOTOLAR – YENİLƏNİB

Read Next

“İşğaldan azad olunmuş torpaqlarda xatirələr. Kədər və sevinc…”-MEHRİBAN ƏLİYEVA ZƏNGİLANDAN PAYLAŞIM ETDİ – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir