Bir gecədə saçları ağardı buna deyilər…VƏ YA ÇƏKDİKLƏRİ KİTABA SIĞMAYACAQ DƏRLİ ŞƏHİD ANASININ KƏDƏRLİ HEKAYƏTİ…-KAMİL HƏMZƏOĞLU YAZDI

Deyirlər ey…filankəsin, filan Şəhid anasının bir GECƏdə saçı, saçları AĞARdı…

Bax… bunun canlı, əyani, ürək sızladan, insanı göyüm-göyüm göynədən nümunəsi…

Şəhid anası Samirə bacım, Samirə xanım, Samirə Ana…

Həyatı tikə-tikə, param-parça olmuş BƏXTsiz, TALEsiz… Ana…

Təkbaşına böyütdüyü tək, bir övlad atası oğlunu Şəhid vermiş QARA BƏXTli Ana…

Evi-eşiyi olmayan, olduqca şəraitsiz…ata yurdunda, iki qardaşının ailəsi ilə birlikdə övlad böyüdən və 6 ay komada qaldıqdan sonra oğlunu Şəhid verən DƏRDli, KƏDƏRli…Ana…

Onu ilk dəfə aylar öncə Bakıda, Şəhid Fəxri Qəribzadənin Cənnətdəki ikinci doğum günündə görmüşdüm…

Xeyli söhbətləşib, dərdləşmişdik…

Və söz vermişdim ki, övladının ilk ildönümündə, Anım Günündə iştirak edəcəyəm…

Dünən, 16 aprel tarixində bu Ananı gördükdən, Onun yaşadıqları, çəkdikləri ilə…daha yaxından tanış olduqdan sonra…öz-özümə dedim ki, nə yaxşı ki, gəlmişəm, nə yaxşı ki, bu Ananın yanında oldum…Yoxsa, özümü bağışlaya bilməzdim…

Yaşadıqları, çəkdikləri… kitaba, romana, dastana sığmaz…O dərəcədə dəhşətli, içlər acısı…

Hələ də özümə gələ bilmirəm…Dəhşət, üzüntü içindəyəm…

Biz necə dövlətik, biz necə cəmiyyətik!!!???

Nədir bu ananın bu qədər yaşadığı əzab-əziyyətlər???

Niyə həyatın bütün əzablarını yaşamalıdır və yaşamalıydı bu ana???? Nədən, niyə???

Yaşadıqları, çəkdikləri bir tərəfdən…,olduqları Maqsudkənd kəndi bir ayrı dərd…

Sanki Azərbaycanın xətirəsində belə bir kənd yoxdur, Yer üzündə belə bir kənd yoxuymuş…

Qaz, internet yox, yollar bərbad günündə…Kələ-kötür, toz-tozanaqlı…Qışı palçıqlı, yayı-yazı tozlu-dumanlı…

Heç olmasa, Şəhiddən (kəndin yeganə İkinci Vətən Müharibəsi Şəhididir bu ananın övladı…Səbuhi Hüseynli) sonra bu kəndə normal yol çəkmək yadlarına…, vicdanlarına (?) gəlməyib…

Nə deyəsən, nə yazasan, ürəyini nə deyib, nə yazıb soyudasan!!!???

Xaçmaz icrası, aidiyyatı dövlət qurumları, məsul məsuliyyətsiz… şəxslər hara, nəyə baxırlar???

Xaçmaz kimi varlı bir rayonda belə də kənd olarmı???

Heç olmasa, kəndin tək İkinci Vətən Müharibəsi Şəhidinə, onun nakam ruhuna hörmət edin, yolu-izi düzəldin, ata yurdunda, qardaşlarının qoltuğunda yaşayan tək Şəhid Anasına iş verin, onu evlə təmin edin!!!

Heç olmasa, öz evində Şəhidinə balaca bir muzey düzəltsin, az da olsa, onunla təsəlli tapsın!!!

Nə deyim, nə yazım…

Allah səbrini, dözümünü versin Samirə xanımın!

Allah o gül balasının, tək oğlunun məkanını cənnətlik etsin!

Vətənə əmanət olan Şəhidinin balası övladının-atasının torpağı sanı yaşasın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Ali təhsilli, peşəkar hərbçi, qərargah rəisi, ailənin tək oğlu, iki övlad atası-ƏSƏD NƏSƏNOVUN BU GÜN 34 YAŞ TAMAM OLDU… -FOTOLAR – YENİLƏNİB

Read Next

Hava buludlu və yağmursuz olacaq-SABAH

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir