Bir gözünü itirən və 10-cu göz əməliyyatına girməyə hazırlaşan Qazimizə diqqətsizlik-NƏ VAXTADƏK DAVAM EDƏCƏK?

İkinci Vətən Müharibəsinin iştirakçılarından, İgidlərindən, Qəhrəmanlarından olan, haqqında da bir neçə də yazdığım, hələ çox yazacağım, “Cəsur döyüşçü” medallı- Qızılhacılılı Şəmsi Sahib oğlu Hacıyev…

Aprel döyüşlərinin də iştirakçısı olan evin tək oğlu-keçmiş MAXE Şəmsi İkinci Vətən Müharibəsi zamanı Suqovuşan istiqamətində döyüşlərdə ağır yaralanıb, ölümün eşiyindən dönüb…

Hərbçi-döyüş yoldaşı gözünün özündə param-parça olub… Özü də bir gözünü itirib, bir gözünü də itirmək təhlükəsi qarşısındadır…

Cəmi 45 faiz görür… Bu gün və ya sabah 10-cu göz əməliyyatına girəcək…

Ancaq səhhətindəki problemlər bununla da bitmir: ciddi kəllə-beyin travması, kontuziya aldığı, gözü ilə dəhşətlər gördüyü…üçün, yuxu nə olan şeydir bilmir sentyabrın son günlərindən bugünəcən, yaralanandan bu yana, üzr istəyirəm ifadəmə görə, hər 5-10 dəqiqədən bir ayaqyoluna qaçır…Hansı ki, bunun özü onun beyninə, əsəb sisteminə birbaşa ziyandır…

Nə özü, nə heç bir yerdə işləməyən, bir qara qəpiyin sahibi olmayan ailəsi ilə də kimsə maraqlanmayıb…Cəmi bir dəfə YAŞAT bir bank problemini həlli edib, vəssalam…

Reabilitasiyadan keçməyib-keçirilməyib bugündədək…

Bu yaxınlarda da səhhəti ilə bağlı yenidən YAŞAT-a müraciət edərkən, ona saymazyana şəkildə “biz hələ kömək edə bilmərik…”-cavabı verilib…

İndi Siz deyin-Aprel döyüşlərinin, İkinci Vətən Müharibəsinin iştirakçısına, Qazisinə, bir körpə övlad atasına…belə münasibət olarmı????

Günü-gündən səhhəti pisləşən bir gəncimizin həyatı ilə oynamaq insafdandırmı, vicdandandarmı?

Sabah, Allah eləməmiş, bir şey olsa, kim və nə cavab verəcək ailəsinə?

ƏƏSMN, YAŞAT, Goranboy icra hakimiyyəti, Goranboyun deputatı…, Goranboyun imkanlı-iş adamları…Şəmsi və onun ailəsi ilə artıq ciddi maraqlanın, onun problemlərinin, xüsusilə, səhhət probleminin həllinə kömək edin!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Bugünədək bizimlə, ailəmizlə kimsə maraqlanmayıb…”-HACIQABULUN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇILARI LAQEYDLİKDƏN, DİQQƏTSİZLİKDƏN NARAZIDIRLAR – FOTOLAR

Read Next

“Həmsədrlər bundan sonra postmünaqişə dövrü üçün hansı addım ata biləcəklərinə dair konkret təkliflərlə çıxış etməlidirlər, ancaq…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir