Cəlilabad rayonu – Sabirabad kəndi: Əsgərliyinə iki gün qalmış faciəli şəkildə həyatını itirən 18 yaşlı Dünyamalı-3 MEDALLI, 3 ÖVLAD ATASI, BAŞ GİZİR-ŞƏHİD MURAD BABAYEV VƏ ALİ TƏHSİLLİ, BAŞ LEYTENANT, 1 ORDEN VƏ 5 MEDALLI, XÜSUSİ TƏYİNATLI-ŞƏHİD MUSA ƏSGƏROV… – FOTOLAR – YENİLƏNİB – (1)

Bu gün səhər saatlarında Səbailli Şəhid ailələri-Şəhid anaları və Badamdar qəsəbəsində yerləşən 239 saylı orta məktəbin direktoru Sədaqət Əzimova ilə Cəlilabad rayonunun Sabirabad kəndinə üz tutduq…

Şəhid ailələri və Sədaqət xanımla Cəlilabad rayonunun Sabirabad kəndindən olan Səbail rayon-Badamdar qəsəbə Bələdiyyəsinin sədri, hər zaman Şəhid ailələrinə həssas, isti münasibəti ilə seçilən Təzəxan Məmmədovun bugünlərdə çox faciləli və çox erkən şəkildə həyatını itirmiş qardaşı oğlunun yas mərasiminə qatıldıq…

Həm Təzəxan müəllimə, həm də mərhumun acılı ailəsinə başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq, Dünyamalı islam oğlu Məmmədovun məzarının behiştlik olmasını, qəbrinin Nurla dolmasını Böyük Yardandan dilədik…

Qeyd edək ki, mərhumun cəmi 18 yaşı var idi…

Ailənin iki oğlan övladından biriydi…

Dünyamalı bu ilin iyulun 1-də həqiqi hərbi xidmətə, Əsgərliyə yola düşəcəkdi…

Hətta bir neçə gün öncə qonaqlığı da olubmuş…

Amma…

Əcəl, amansız fələk imkan vermədi…

Əsgərliyinə cəmi iki gün qalmış çox faciəli şəkildə avtoqəzada həyatını itirdi…

Məmmədovlar ocağına od, atəş düşdü…

Həyatdan çox nakam köçdü…

Həm özünün, həm də onu minbir əzab-əziyyətlə böyütmüş valideynlərinin arzuları gözündə qaldı…

Ruhu şad olsun!

Nur içində uyusun!

Dünyamalının yas, qırx mərasimində iştirak və ailəsini ziyarət etdikdən sonra Cəlilabadlı-Sabirabadlı Şəhidlərimizin ailələrini, ocaqlarını ziyarət etdik…

***

Sabirabad kəndindən olan Baş gizir, 3 övlad atası, 3 medallı Murad Nadir oğlu Babayev və 5 medallı, “Azərbaycan Bayrağı” ordenli, ali təhsilli, peşəkar hərbçi, Xüsusi Təyinatlı (XTQ) Musa Əlifağa oğlu Əsgərovun ailələrinə, ocaqlarına baş çəkdik…

Şəhidlərimizin əzizlərinə-Murad Babayevin anası, Şəhid və Qazi anası Aruzə xanım və qardaşlarına, Musa Əsgərovun anası Sevda xanım və tək qardaşı Bəhruza başsağlığı verdik, onlara Allahdan səbr və dözüm arzuladıq…

Şəhidlərimizin “Məkanları cənnətlik, məqamları Uca olsun! Ruhları qarşısında baş əyirik!”-dedik…

Qeyd edim ki, peşəkar hərbçi, Baş gizir Murad Babayev 1982-ci ildə mart ayının 31 dünyaya gəlib…

Ailənin 5 oğlan övladından biri, həm də 3 övlad atası olub…

İkinci Vətən Müharibəsinin elə ilk günündə, sentyabrın 27-də Füzuli istiqamətində qanlı döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb…

Nəşi elə həmin gün Sabirabad kənd qəbiristanlığında dəfn olunub…

Şəhidin 1975-ci il təvəllüdlü böyük qardaşı isə Birinci Qarabağ Savaşının Qazisi, ikinci qrup müharibə əlilidir…

Musa Əsgərov isə 1997-ci ilin 17 fevral tarixində dünyaya gəlib…

Ailənin iki oğlan övladından biri, evin sonbeşiyi olub…

Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib, Baş leytenant hərbi rütbəsinə yüksəlib…

Sentyabrın 28-də Kəlbəcər-Murovdağ istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına yüksəlib…

Onun da nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb..

Şəhidliyindən sonra 5 medal və bir ordenlə təltif olunub…

O, həm də subay olub…

Şəhidlərimiz, o cümlədən Muradla Musa da Fəxr, Qürur mənbəyimizdirlər…

Müqəddəs and yerimiz, Baş tacımızdırlar…

Nur içində uyusunlar!

Unutmadıq, unutdurmadıq, unutmayacağıq, unutdurmayacağıq!

Şəhidlər ölməz, Vətən bölünməz!

Qarabağ Azərbaycandır, Qarabağ Azərbaycanındır!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Seneqallı diplomata qarşı zorakılıq faktı araşdırılır-KANADADA

Read Next

Daha 469 yeni-YOLUXMA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir