“Bir gün dedi ki, əgər müharibə olsa, döyüşə girsəm, sonacan, Şəhid olana kimi vuruşacağam…”-KÜRDƏMİRLİ, CƏMİ 18 YAŞLI ANTİTERROR ŞƏHİDİ, 10 YANVAR 2025-Cİ İL TARİXİNDƏ CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜ OLAN MURAD BƏXTİYAR OĞLU EYYUBOVUN ANASI ŞAHNAZ EYYUBOVA – FOTOLAR

Murad mənim Qəhrəman balamıdır…Muradımla Fəxr edirəm, Qürur duyuram…Fəxr edirəm, Qürur duyuram ki, Murad kimi bir Qəhrəmanın Anasıyam…Murad çox mehriban, çox istiqanlı, çox sakit təbiətli, çox ailəcanlı idi…Kiminsə xətrinə dəyməzdi, kimisə incitməzdi…

…Bəlkə də Şəhid olacağını bilirdi…Bir gün dedi ki, əgər müharibə olsa, döyüşə girsəm…sonacan, Şəhid olana kimi vuruşacağam…Dedim ki, balam, elə demə…Bu sözümə görə az qala məndən inciyəcəkdi…O qədər ürəkli, vüqarlı, qorxmaz bir oğul idi…Dediyi kimi etdi də, cəmi 8 ayın Əsgəri kimi döyüşdə öndə getdi və Şəhid oldu, arzusuna qovuşdu (Gözləri dolur)…Muradsız mənim üçün, bizim üçün çox çətindir…Dözmək olmur…

Bu sözləri Kürdəmirli Antiterror Şəhidi Murad Bəxtiyar oğlu Eyyubovun anası, əslən Tovuzlu Şahnaz xanım, Şahnaz Eyyubova dilə gətirib.

Qeyd edim ki, bu gün-7 yanvar 2025-ci il tarixində, günorta saatlarında Şəhidimizin-Murad Eyyubovun ocağını, ailəsini, doğmalarını ziyarət etdim…

Onu da qeyd edim ki, cəmi iki gün sonra-10 yanvar 2025-ci il tarixində Şəhidimizin Cənnətdəki ikinci doğum günüdür, 20 yaşı tamam olur…

Ancaq həmin gün başqa bir Şəhidimizin mövluduna qatılacağım (öncədən dəvətli olduğum üçün) üçün Murad Eyyubovun Cənnətdəki ikinci doğum günü mərasimində iştirak edə bilməyəcəyəm…

Odur ki, iki gün öncədən Şəhidimizin ocağını, ailəsini, doğmalarını, məzarını ziyarət etməyi özümə borc bildim…

Ziyarətim zamanı Şəhidimizin ailəsinə, valideynlərinə-Şahnaz xanıma və Bəxtiyar Eyyubova, sonbeşik qardaşı Cavada Allahdan səbr və dözüm arzuladım…

“Şəhidimizin məqamı Uca, ruhu şad olsun!”-dedim…

Ruhu qarşısında ehtiramla baş əydiyimi bildirdim…

Təxminən bir saata yaxın çəkən ziyarətim zamanı Şəhidimizin valideynləri ilə dərdləşdim, söhbətləşdim…

Atası Bəxtiyar Eyyubovun dediklərindən:

“Muradla axırıncı dəfə Antiterror əməliyatından bir gün öncə, ayın 18-də danışdım…Heç nə demədi, sadəcə, onu dedi ki, təlimə gedirik…Bu, onunla sonuncu danışığımız oldu…Heç ağlıma gəlməzdi ki, bir gün sonra övladım-Muradım cəmi 18 yaşında Şəhidlik zirvəsinə ucalacaq (Gözləri dolur)…Muradım qəhrəmanlıq Dastanı yazan oğullardandır…Bunu mən demirəm, bunu döyüş, Əsgər yoldaşları, döyüşlərdə ağır yaralanmış komandiri deyir…”.

Bu yerdə qeyd edim ki, Murad Eyyubov 2005-ci ilin yanvar ayının 10-da Kürdəmir rayonunda dünyaya gəlib…

Ailənin üç övladından, üç qardaşdan biri evin böyük oğlu olub…

İkinci qardaşı Əmrah hazırda Əsgərlikdədir…

Sonbeşik qardaşı Cavad isə 16 yaşındadır, 10-cu sinifdə oxuyur…

Murad 2011-2022-ci illərdə Kürdəmir şəhər 5 saylı tam orta məktəbdə oxuyub…

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra-2023-cü il ilin 14 yanvar tarixində həqiqi hərbi xidmətə yollanıb, Ağcabədi istiqamətində yerləşən “N” saylı hərbi hissədə qulluq edib…

Və 8 ayın Əsgəri kimi 19 sentyabr 2023-cü il tarixində lokal xarakterli Antiterror əməliyyatına qatılıb və həmin gün Xocavənd rayonunda Şəhidlik məqamına ucalıb…

Nəşi 3 gün sonra-22 sentyabr 2023-cü il tarixində Kürdəmir Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb…

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub…

O, həm də subay olub…

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü, 20 yaşı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Əbədiyyətə uğurlanmaslndan beş il ötən, bu gün Anım Günü olan-UCARLI ŞƏHİD FƏRZALI FƏRZƏLİYEV… – FOTOLAR

Read Next

Bu yollarda sıxlıq və tıxacdır-BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir