“Bundan sonra heç bir ana, heç bir ata övlad acısı yaşamasın…”-Evin-ailənin tək oğlu Şəhid Rəşid Həmidovun anası Tənzilə xanım – ŞƏHİDİN ANIM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ – FOTOLAR YENİLƏNİB – (3)

Bu gün Siyəzənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Rəşid Həmidovun Şəhidliyindən və torpağa tapşırılmasından bir il keçir.

Bu gün onun Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, ailədə bir bacı-bir qardaş və evin tək oğlu olan Rəşid Həmidov İkinci Vətən Müharibəsi zamanı Murov istiqamətində döyüşlərdə qəhrəmancasına həlak-Şəhid olub.

1999-cü ilin sentyabrın 19-da Siyəzəndə sadə bir ailədə olan Rəşid  2007-ci ildən 2016-cı ilədək orta məktəbdə təhsil alıb.

Sonra Peşə liseyində təhsilini davam etdirib.

Peşə liseyini bitirdikdən sonra, 2019-cu ilin iyulunda həqiqi hərbi xidmətə yollanıb, Tərtər istiqamətində hərbi hissələrdən birində qulluq edib və bir il üç ayın Əsgəri kimi, 2020-ci ilin oktyabrın 6-dan 7-nə keçən gecə, ağır döyüşlərdən birində Şəhidlik məqamına ucalıb.

Nəşi oktyabrın 7-də doğulduğu Siyəzən rayonuna gətirilərək, torpağa tapşırılıb.

Ölümündən sonra ”Vətən uğrunda” və ”Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Qeyd edək ki, təxminən 12 il öncə valideynləri ayrıldıqdan sonra Rəşid bacısı ilə anasının-Tənzilə xanımın himayəsində böyüyüb.

Anım Günü ilə bağlı öncə Şəhidin anası, bacısı və yaxınları tərəfindən məzarı ziyarət olunacaq, saat 16:00-da isə Bakı şəhərində yerləşən “Kosmos” restoranında anım mərasimi başlayacaq.

Anım mərasimində Şəhidin yaxınları, Bakı və digər bölgələrdən olan Şəhid ailələri, din xadimləri, Qazilər və digər şəxslər iştirak edəcəklər.

Ruhu şad, məkanı cənnətlik olsun!

00:01

***

Bu gün səhər saatlarında Anım Günü ilə bağlı Rəşid Həmidovun anası, bacısı və bəzi yaxınları, dostları tərəfindən Şəhidin Siyəzən qəbiristanlığındakı məzarı ziyarət olunub.

Ziyarət zamanı məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Ziyarət təxminən bir sat davam edib.

Saat 16:00-da isə Bakı şəhərində yerləşən “Kosmos” restoranında Şəhidin anım mərasimi başlayıb.

Mərasimdə Şəhidin ailəsi, yaxınları ilə yanaşı Bakıdan, Kürdəmirdən, Bərdədən, Xaçmzadan, Sumqayıtdan və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, Qazilər, din xadimləri və digər şəxslər iştirak edirlər.

Mərasimdə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, “Quran”-dan ayələr oxunub.

Sonra Şəhidin anası Tənzilə xanım anım mərasiminə gələnlərə, belə bir gündə ona dəstək olanlara minnətdarlığını bildirib.

O, hər bir Şəhid anasına, hər bir Şəhid ailəsinə səbr diləyib.

“Bundan sonra heç bir ana, heç bir ata, heç bir valideyn övlad acısı yaşamasın…Bundan sonra yalnız və yalnız xeyir işlərdə, məclislərdə görüşək…Şəhidlərimiz, övladlarımız bizim, Azərbaycanımız, torpaqlarımızın azadlığı üçün Şəhid olublar…Hamısı Qələbə, Zəfər Şəhidləridir…Hamısının ruhu qarşısında baş əyirəm!”-deyə, Tənzilə xanım əlavə edib.

Mərasimdə eyni zamanda, Şəhidin adına ehsan verilir.

17:10

***

FOTOLAR:

MƏZARININ ZİYARƏTİ…

ANIM MƏRASİMİ…

ŞƏHİD ANALARI…ŞƏHİD BACILARI…ŞƏHİD AİLƏLƏRİ…

İGİDLƏRİMİZ…QƏHRƏMANLARIMIZ…

ƏZƏMƏTLİ DÖVLƏT HİMNİMİZ SƏSLƏNİR…

17:31

***

İKİ ŞƏHİD, İKİ QƏHRƏMAN ATASI-İMAN VƏ BƏHRAM MƏMMƏDZADƏLƏRİN ATASI VƏ QƏHRƏMAN ŞƏHİD ANALARI…

18:05

***

Anım mərasimi və ehsan süfrəsi iki saar davam edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Prezident Əfqanıstanda xidmət etmiş Azərbaycan sülhməramlılarını-TƏLTİF ETDİ

Read Next

Qafarova Slovakiyada-RƏSMİ SƏFƏRDƏ – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir