Bir ildə avtobusların iştirakı ilə baş verən qəzaların sayı 80 faiz azalıb – KƏRİMLİ

Bir il ərzində Bakıda sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və ölüm hallarının statistikasında 80 faiz azalma müşahidə olunub.

Etikxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin baş direktoru Vüsal Kərimli Bakı Nəqliyyat Agentliyinin 1 illik fəaliyyətinə həsr olunan mətbuat konfransında deyib.

O, bildirib ki, Bakı şəhərində 450 ədəd avtobusun nağdsız ödəniş – vahid kart sisteminə qoşulması təmin edilib. 1551 ədəd avtobusa quraşdırılan GPS izləmə cihazları vasitəsilə avtobusların real vaxt rejimində hərəkət istiqamətləri, kəskin sürətlənmə, tormozlama, sürət həddini aşması və digər pozuntuların qeydiyyatı və təhlili, avtobusların yerləşdikləri məntəqələrin koordinatlarının təyin edilməsi mümkün olacaq.

Etikxeber.az

Read Previous

“15 iyulda Azərbaycan Türkiyəyə ən böyük dəstək verən ölkə oldu”- Nihat Zeybekci – YENİLƏNİB

Read Next

“Sovetski” adlanan ərazidə yeni yollar salınacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir