Bir məcburi köçkün ailəsinin Cəbrayıla köçürülməsi 1025 manata başa gəlir-BU, EKSPETİN QƏNAƏTİDİR

Artıq Cəbrayıldan olan məcburi köçkün ailələrinin vətənlərinə köçürürlməsinə başlanılıb.

İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə (117 nəfər) köçürülüb, yaxın aylarda Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli kəndlərinə də köç olacaq.

Etikxeber.az-ın xəbər verir ki, iqtisadçı ekspert Qalib Toğrulun məlumatına görə, məcburi köçkün ailələrinin müxtəlif ərazilərdən Cəbrayıl rayonuna köçürülməsini təmin etmək məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin elan etdiyi tenderin qalibi “YÜK TAKSİSİ.AZ” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ – bizim bildiyimiz 166 xidməti olub:

“Birinci mərhələdə 1554 məcburi köçkün ailəsinin Cəbrayıl rayonuna köçürülməsi dövlət büdcəsinə 1.593.873,2 manata başa gələcək. Bu da orta hesabla bir ailənin köçürülmə xərcinin – 1025 manat olması deməkdir. Köçürüləcək ailələrin 93 faizi Bakı, Sumqayıt və Biləsuvarda məskunlaşan məcburi köçkünlərdir: – Bakı və Sumqayıtdan 1146 ailə, (74%); – Biləsuvardan 296 ailə (19%); – Sabirabaddan 18 ailə; – Şirvandan 13 ailə; – Hacıqabuldan 12 ailə; – Saatlıdan 8 ailə; – Digər ryonlardan 61 ailə”.

İqtisadçı ekspert hesab edir ki, bu kifayət qədər böyük rəqəmdir, büdcə vəsaitlərinin xərclənməsində belə israfçılığa yol vermək olmaz.

Etikxeber.az

Read Previous

Tovuz döyüşləri və İkinci Vətən Müharibəsinin iştirakçısı-ANTİTERROR ƏMƏLİYYATININ ŞƏHİDİ-QOBUSTANLI VÜSAL TƏBİYYƏT OĞLU ŞƏHRİYAROVUN AİLƏSİNİ, OCAĞINI ZİYARƏT… – FOTOLAR

Read Next

İkinci Vətən Müharibəsi Şəhidi, orden Haqqı hələ də tanınmayan-ALI HƏSƏNLİNİN BU GÜN MƏZARI ZİYARƏT OLUNACAQ, ANIM MƏRASİMİ KEÇİRİLƏCƏK…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir