“Bir millət, iki dövlət” prinsipinə sadiq qalacağam” – SƏFİR

“Çalışacağım müddət ərzində “bir millət, iki dövlət” prinsipinə sadiq qalacağam”.

Etikxeber.az-ın məlumatına görə, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral media nümayəndələri ilə görüşündə deyib.

Səfir bildirib ki, iki ölkə arasında əlaqələr 15 iyul hadisəsindən sonra nümunəvi hala gəlib: “Qardaşlıq münasibətlərimiz təbii ki, əbədidir. Amma Azərbaycan hökumətinin, dövlətinin, prezidentinin bizə 15 iyuldan sonra göstərdiyi qardaşlıq münasibəti heç zaman unudulmayacaq. Biz bu dəstəyi hər zaman hiss edirik. Türkiyə və Azərbaycan iki qardaş dövlətdir. Fəaliyyətim dövründə bu anlayışı öndə tutacağam və buna uyğun davranacağam”.

E. Özoral  Azərbaycanı 2011-ci ildə tərk etdiyini və bu il yenidən Azərbaycana – bu dəfə səfir kimi – qayıtdığını nəzərə çatdırıb: “Bu illər ərzində Azərbaycan bir çox sahələrdə inkişaf edib. Bu sahədən biri də mətbuat sahəsidir”.

Etikxeber.az

Read Previous

“Biz Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət veririk” – NAZİR

Read Next

Gümüş məmulatlarının qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısı alındı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir