Bir milyon insan təxliyə edilir – “DORİAN”A GÖRƏ

Atlantik okeanında yaranmış və Karib dənizi hövzəsinin şərq hissəsindən keçən “Dorian” tropik qasırğası artıq beşinci kateqoriyaya qədər güclənib.

Etikxeber.az “TASS”-a istinadən xəbər verir ki, qasırğa səbəbindən Cənubi Karolina və Corciya ştatlarının əhalisi təxliyə ediləcək.

Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster “Dorian”ın yaxınlaşması səbəbindən sahil ərazidə yaşayan əhalinin təxliyəsinə dair göstəriş verib. Təxminən 1 milyon insanın təxliyəsi nəzərdə tutulur.

dorian

Corciya ştatının qubernatoru Brayan Kemp də müvafiq qərar qəbul edib.

Təxliyənin bu gün günorta saatlarından başlayacağı qeyd olunur.

Etikxeber.az

Read Previous

Əvvəl Falkao, indi də Andone…

Read Next

Bazarda güclü yanğın – 12 MAĞAZA YANDI – BU DƏFƏ KÜRDƏMİRDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir