Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyevanın rayon Mədəniyyət klubunda mədəniyyət-səhiyyə işçiləri ilə görüşü keçirilib.
Etikxeber.az-a namizədin Seçki Qərargahından daxil olan məlumata görə, bu görüş də o birilərindən yaxşı mənada öz izdihamı ilə, öz istiliyi ilə fərqlənməyib, geri qalmayıb.
Diqqçəkən məqamlardan biri zalda qadınların sayının çoxluğu olub.
Bu da əslində normaldır, çünki mədəniyyət işçisi, həkim, səhiyyə işçisi deyilirsə, bunların əksəriyyəti qadınlardır və bu baxımdan da, görüşdə sırf qadın problemləri, mədəniyyət məsələləri daha çox qabardılıb.
Öz növbəsində Həsən bəy Zərdabi yurdunun övladları ədəbiyyata, incəsənətə, mədəniyyətə verilən qiymətə görə ölkə Prezidenti İlham Əliyevə, xüsusilə Heydər Əliyev Fondunun rəhbəri olan ölkənin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Xüsusilə, Həsən bəy Zərdabinin 170 illik yubileyinin ölkə səviyyəsində keçirilməsi üçün verdiyi sərəncama görə, dövlət başçısına təşəkkür ediblər.
Seçicilər eyni zamanda, bu Sərəncamın verilməsi üçün J. Əliyevanın MM-də məsələ qaldırması, əlaqədar qurumlara, Mədəniyyət Nazirliyinə, Nazirlər Kabinetinə və şəxsən ölkə Prezidentinə müraciət etməsi üçün minnətdarlıqlarını ifadə ediblər.


Sonra J. Əliyeva seçicilərini, görüş iştirakçılarını salamlayaraq, iştirak etdikləri, bu görüşə gəldikləri üçün təşəkkür edib.Deputatlığa namizəd xalqını, dövlətini sevən bütün Azərbaycan vətəndaşlarının timsalı kimi Zərdab seçicilərinə bugünə qədərki mövqeləri, öz ölkələrini, öz dövlətlərini ürəkdən sevdikləri üçün minnətdarlığını bildirib.


” Bizim bir mövqeyimiz, bir dövlətimiz və bir prezidentimiz var. Bizi də birləşdirən ən əhəmiyyətli elə budur”
J. Əliyeva çıxışında deyib ki, “bir sizinlə hər gün bir partiya dəyişdirmirik, hər gün bir mövqü nümayiş etdirmirik. Bizim hamımızın bir mövqeyimiz, bir dövlətimiz və bir prezidentimiz var. Bizi də birləşdirən ən əhəmiyyətli elə budur”.
Görüşdə çıxış edən Mərkəzi kitabxananın müdiri Nailə Əliyeva, mədəniyyət işçisi, şair Mübariz Səfiyaroğlu J. Əliyevanın gördüyü işlərlə bağlı səmimi fikirlərini, minnətdarlıqlarını bildiriblər.
M. Səfiyaroğlu hətta Jalə xanıma həsr etdiyi şeiri səsləndirib.
“Mənim həyat kriteriyamda elədiyim köməkliyin elan olunması kimi, bir düşüncə yoxdur”
Xəstəxananın əməkdaşı Elza İsmayılova Jalə Əliyevanın onların ailəsinə, onkoloji xəstə olan bacısına iki il mütəmadi yardım göstərdiyinə, onlara hətta baxıcı (sosial işçi) təyin etdirdiyinə görə təşəkkürünü bildirib. Bu zaman J. Əliyeva da “Mən bilsəydim ki, siz bunları deyəcəksiniz, əsla imkan verməzdim ki, çıxış edəsiniz. Çünki mənim həyat kriteriyamda elədiyim köməkliyin elan olunması kimi, bir düşüncə yoxdur”.

Zenfira Eyvazova hansı faktın üzərinə işıq saldı?
J. Əliyevanın vəkillərindən müəllimə Zenfira Eyvazova deputatlığa namizədin bütün digər cəhətləri ilə bərabər xarakterizə edərkən, zərdablıların onu hərtərəfli tanıdığını bir daha önə sürərək, bu günə qədər onların bilmədiyi əhəmiyyətli bir xəbəri ortaya atıb. Bu da bir neçə il bundan əvvəl J. Əliyevanın Ermənistana – Yerevana səfər etməsi olub. Yəni, Azərbaycan parlamentinin üzvü kimi Ermənistan parlamentində çıxış etməsi faktını ortaya qoyub. O, deyib ki, J. Əliyeva münaqişə başlayandan bəri, deməli, Ermənistana gedən yeganə qadındır və yeganə parlament üzvü qadındır:

“Bu gedişi gözəl bir gediş deyildi. Bu, üzvü olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının növbəti iclasının Ermənistana düşməsi səbəbi ilə oraya gedəcək olan nümayəndə heyətinin tərkibinə daxil olması idi. Əslində, sadəcə, iki kişi deputat getməli idi, lakin Jalə Əliyevanın özünün təkidi ilə Ermənistana gedib və məhz ermənilərin Azərbaycanın başına gətirdikləri fəlakətləri onların üzünə elə öz parlamentlərində deyib. Bu, balaca məsələ deyil, bu, böyük cəsarətdir, bu, əsl vətəndaşlıq mövqeyi, əsl vətənpərvərlikdir”.

Və deputata dəstək yağışı…
Görüş iştirakçıları bu faktı da maraqla qarşılayıb və deputatlığa namizədi bir daha alqışlayıblar.
Deputatlığa namizədin digər vəkilləri – Böyükkişi Qasımov, Füqurə Abbasova isə seçiciləri 9 fevralda fəal olmağa çağırıb və onları bir nəfər kimi J. Əliyevaya səs verməyə dəvət ediblər.
Bu çağırışdan sonra salondan qopan gurultulu alqışlar J.Əliyevanın birmənalı olaraq, dəstəkləndiyini nümayiş etdirib.







Etikxeber.az





