Bir neçə qohumu İkinci Vətən Müharibəsi Şəhidi olan-ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, “QARABAĞ” ORDENLİ İBRAHİM SADIQLININ SABAH ANIM GÜNÜDÜR…


Əslən Naxçıvanlı olan, özü isə Bakı şəhərində dünyaya gələn İkinci Vətən Müharibəsi Şəhidi İbrahim Şahin oğlu Sadıqlının Anım Günüdür.

Sabah-3 oktyabr 2024-cü il tarixində İbrahim Sadıqlının Şəhadətindən, Şəhidliyə ucalmasından dörd il keçir.

Sabah səhər saatlarında Şəhidin İkinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunacaq.

Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, “Quran” oxunacaq, məzarını ziyarətdən sonra isə İkinci Şəhidlər Xiyabanındakı Mərasim evində Anım mərasimi düzənlənəcək, adına çay-ehsan süfrəsi açılacaq.

Etikxeber.az xəbər verir ki, İbrahim Sadıqlı 1993-cu ilin 28 iyununda Bakı şəhərində dünyaya gəlib.

Ailənin üç oğlan övladından biri olub.

292 saylı tam orta məktəbdə oxuduğu vaxtlarda idmanın müxtəlif növləri ilə məşğul olub, yüksək nailiyyətlər əldə edib.

2011-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.

Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif peşələrdə özünü sınayıb.

2016-cı ilin yanvar ayından isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Giziri olub.

2018-ci ildə Çin Xalq Respublikasında keçirilən beynəlxalq snayper kursunda XTQ-dən İbrahim Sadıqlı iştirak edib, yüksək peşəkarlığına, hədəflərin sərrast atəşlə vurmasına görə, 1-ci yeri tutub, döş nişanı və medalla təltif edilib.

Xüsusi Təyinatlı kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb.

3 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhid olub.

Nəşi İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra  “Vətən uğrunda“, “Cəbrayılın azad olunmasına görə”“Füzulinin azad olunmasına görə“, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif olunub.

Bakı şəhərində, 6-cı mikrorayonda adına küçə verilib.

27 yaşında Şəhadətə ucalan İbrahim Sadıqlı həm də subay olub.

Onu da qeyd edək ki, İbrahim Sadıqlının bir neçə qohumu, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimli və 3-cü dərəcəli “Rəşadət” ordenli Kənan Süleymanlı İkinci Vətən Müharibəsi Şəhididir.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

2 oktyabr 2020-ci il Şəhidləri- Mayor Elşad Həsənov, Kapitan Vüqar Nəcəfov, Baş leytenant Həsənağa Abdullazadə, Əsgər Vüqar Babayev…ANIM GÜNLƏRİNDƏ İKİNCİ ŞƏHİDLƏR XİYABANINDA MƏZARLARI ZİYARƏT OLUNDU, DUALAR EDİLDİ, ANIM MƏRASİMLƏRİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Read Next

“Zəfər tariximiz – Suqovuşanın Ermənistan işğalından azad edilməsindən dörd il ötür”-İLHAM ƏLİYEV PAYLAŞIM ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir