Bir neçə hərbçinin minaya düşərək xəsarət almasına dair məlumatlar əsassızdır-MN

Sosial şəbəkələrdə guya iyulun 26-da axşam saatlarında Kəlbəcər rayonu ərazisində mina partlayışı nəticəsində Azərbaycan Ordusunun bir neçə hərbi qulluqçusunun xəsarət alması ilə bağlı yayılan məlumatlar əsassızdır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyindən (MN) Etikxeber.az-a məlumat verilib.

Bildirilib ki, qeyd olunan hadisə nəticəsində xəsarət almış hərbi qulluqçu V.İsbəndiyarov barəsində Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib.

Nazirlik bir daha sosial şəbəkə istifadəçilərini rəsmi təsdiqini tapmayan məlumatları tirajlamamağa çağırıb.

Etikxeber.az

Read Previous

Daha 306 yeni yoluxma-DAHA 4 ÖLÜM…

Read Next

“Bu, həm də əsassız maddi itkilərə məruz qalmağın qarşısını almış olacaq”-DÖVLƏT İMTAHAN MƏRKƏZİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir