Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılacaq-SABAH

Sentyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Novxanı”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu”,Ağdam magistral qaz kəmərləri sahəsinin “Qaradəmirçi” və Qazax magistral qaz kəmərləri sahəsinin “Şəmkir” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan Etikxeber.az-a verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Novxanı qəsəbəsinin, həmçinin Şəmkir rayonunun Dəllər, Zəyir və Cırdaxan kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Şəmkir şəhərinin, eləcə də Bərdə və Oğuz rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Etikxeber.az

Read Previous

Sentyabrın 30-na USD/AZN rəsmi məzənnəsi 1,6211 səviyyəsində müəyyən olunub

Read Next

“TAP layihəsinin ölkələrimiz arasında münasibətlərə töhfə verəcəyinə əminəm”- Nazir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir