Bir övladı Vətənə əmanət qalan, Cənnətdəki ikinci doğum günü olan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI, AĞDAMLI ANTİTERROR ŞƏHİDİ ELMİN QARAYEV… – FOTOLAR – YENİLƏNİB

Ağdam rayonunun Antiterror Şəhidlərindən olan Elmin Rafət oğlu Qarayevin doğum günüdür.

Ailənin dörd övladından, iki qardaşdan biri, ailəli, bir övlad atası, MAXE, Kiçik çavuş, İkinci Vətən Müharibəsi iştirakçısı, bir neçə medallı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli Elmin Qarayevin bu gün-15 dekabr 2024-cü il tarixində 25 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki ikinci doğum günü, mövlududur.

Cənnətdəki ikinci doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Quzanlı qəsəbə qəbiristanlığındakı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, 1999-cu ilin 15 dekabr tarixində Ağdamın Üçoğlan kəndində dünyaya gələn, 23 saatlıq Antiterror əməliyyatı zamanı-19 sentyabr 2023-cü il tarixində Ağdərə istiqamətində Şəhidlik zirvəsinə ucalan Elmin Qarayevin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar olunub, ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki ikinci doğum günü təbrik edilib.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhidin məzarını ziyarətdən sonra Xındırıstan kənd məscidində Cənnətdəki ikinci doğum günü ilə bağlı məclis düzənlənib, adına ehsan süfrəsi açılıb, ruhuna bir daha dualar edilib.

Məkanı cənnətlik, Cənnətdəki ikinci doğum günü mübarək olsun!

Nur içində yatsın!

15:13

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bərdəli İkinci Vətən Müharibəsi Şəhidi Pərvin Əlizadənin ailəsində özəl gün-ŞƏHİD QARDAŞININ TOYU OLDU – FOTOLAR – YENİLƏNİB

Read Next

Nəşi iki il beş ay beş gündən sonra tapılan və Əbədiyyətə uğurlanan, ailənin iki oğlan övladından biri olan-AĞDAMLI ŞƏHİDİMİZ FƏRİD MƏMMƏDOV… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir