Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdə rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Şövqi Raqub oğlu İsmayılzadənin doğum günüdür.
Şövqi İsmayılzadənin bu gün-23 fevral 2025-ci il tarixində 29 yaşı tamam olur.
Bu, həm də Şəhidin Cənnətdəki beşinci doğum günü, mövlududur.
Cənnətdəki beşinci doğum günü ilə bağlı bu gün Şəhidin Bəcirəvan kənd qəbiristanlığındakı məzarı ziyarət olunacaq.
Məzarı üzərinə gül dəstələri düzüləcək, ruhuna dualar ediləcək, qısa çıxışlar olunacaq, “Quran” oxunacaq.
Ziyarətdən sonra Şəhidin adına çay-ehsan veriləcək, bir daha ruhuna dualar ediləcək.
Etikxeber.az xəbər verir ki, Şövqi İsmayılzadə 1996-cı ilin fevral ayının 23-də Bərdənin Bəcirəvan kəndində-ziyalı ailəsində dünyaya gəlib.

Sövqi ailənin iki övladından biri, evin tək oğlu olub.
O, həm də ailəli, bir qız atası idi.
Şövqi İsmayılzadə Azərbaycan Ordusunun hərbçisi-MAXE kimi İkinci Vətən Müharibəsinə qatılıb.
Müharibənin 11-ci günündə, oktyabrın 7-də isə Tərtər-Ağdərə (Suqovuşan) istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi oktyabrın 8-də doğulub boya-başa çatdığı Bəcirəvan kənd qəbiristanlığında dəfn edilib.
Şövqi həm də Bəcirəvanın yeganə İkinci Vətən Müharibəsi Şəhididir.

Şəhidliyindən sonra 3 medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Yaşadığı kənddə adını daşıyan küçə var.
Məkanı cənnətlik, Cənnətdəki beşinci doğum günü olsun!
Nur içində yatsın!
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





