Bir qrup radikal dini dəstə Azərbaycanın Londondakı səfirliyinə-HÜCUM ETDİ, 8 NƏFƏR SAXLANILDI, BAYRAMOV ÇAVUŞOĞLUNU MƏLUMATLANDIRDI – FOTO – YENİLƏNİB – (1)

4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

XİN-dən Etikxeber.az-a verilən məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər.

Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

23:05

***

Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb.

Bu barədə London polisi məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

London polisinin sözçüsü bildirib ki, onlar yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gediblər.

8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.

00:04

***

4 avqust 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı aparılıb.

XİN-dən  verilən məlumata görə, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri bir qrup radikal dini dəstənin Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin binasına hücumu ilə əlaqədar narahatlığını bildirib.

Nazir Ceyhun Bayramov bu vandallıq aktı barədə Türkiyə tərəfinə ətraflı məlumat verib.

Türkiyə xarici işlər naziri bu hücumu tamamilə qınayıb, Türkiyənin Azərbaycanın yanında olduğunu və hər zaman dəstək göstərməyə hazırlığını diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinə göstərdiyi diqqətə və təklif olunan dəstəyə görə minnətdarlığını bildirib.

Etikxeber.az

Read Previous

Ali təhsilli, peşəkar hərbçi, Kapitan, iki övlad atası, 7 medal və 1 ordenli Aqil Məlikov-ŞƏHİDİN VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ADINA LAYİQ GÖRÜLMƏSİ İLƏ BAĞLI TƏQDİMAT VERİLƏCƏKMİ? ŞƏHİDİN AİLƏSİ MƏNZİLLƏ TƏMİN OLUNACAQMI? – FOTOLAR

Read Next

Ölkə referenduma gedir?!-PREZİDENT ADMİNİSTRASİYASININ MÜVAFİQ ŞÖBƏSİNİN HAZIRLIQLARA START VERDİYİ BİLDİRİLİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir