“Bir sıra Avropa ölkəsi PKK-ya gizli dəstəyini davam etdirincə…” – POLİTOLOQ

“Hollandiya hökuməti yanlış addım atdı, beynəlxalq konvensiyalara riayət etmədi, seçki öncəsi daxili siyasətə oynadı, vətəndaşları olan türkləri atlı polislərlə qovması və üzərlərinə itlərlə getməsi heç yaxşı olmadı. Ancaq gərginliyin bir az daha artırılması hər iki dövlətin zərərinədir”.

Etikxeber.az-ın məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu qeyd edib.

Bununla belə, o,  şübhə etmir ki, Hollandiyada parlament seçkisi, Türkiyədə isə refendum bitdikdən sonra gərginlik azalmağa doğru gedəcək.

“Yaxşı xatırlayıram, PKK lideri Abdullah Öcalan İtaliyada gizlənəndə Türkiyə siyasiləri haqlı olaraq İtaliyanın siyasətinə qarşı sərt açıqlamalar verir, bu ölkənin malları çölə atılırdı. Bu gün Türkiyə-İtaliya münasibətlərinin gərgin olduğu günləri xatırlayan varmı?

Və ya Türkiyə Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan Rusiya prezidenti Vladimir Putini nəzərdə tutaraq mitinqlərdə “Sənin Suriyada nə işin var” sualını ucadan hayqırırdı. Bu gün Ərdoğan Putini əziz dostum adlandırır və Suriyada əməkdaşlıq edirlər.

Uğurlu siyasət emosiyaları sevmir. Türkiyə ilə Hollandiya arasında ticarət mübadiləsinin həcmi 5 milyard dollardır, hər il ən azı 1 milyon hollandiyalı Türkiyənin kurortlarında dincəlir. Bu da az para deyil. Təsadüfi deyil ki, xarici işlər naziri Mövlüd Çavuşoğlu dünənki açıqlamalarından fərqli olaraq artıq bu gün “hollandlar bizə dost xalqdır” ifadəsini işlədib.

Əsəblərin soyuması lazımdır. Buna rəğmən, bir sıra Avropa ölkəsi PKK-ya gizli dəstəyini davam etdirincə, Türkiyə ilə münasibətlərin tam normallaşması da mümkün deyil. Türkiyənin Avropa İttifaqına üzvlüyündən isə danışmağa dəyməz”-deyə, politoloq sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Gömrükçülər qızıl boyunbağı aşkar etdi

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir