Bir sıra hakimin səlahiyyət müddəti artırıldı

Ziyafət Əsgərov: “İnkişaf etmiş Avropa ölkələri ilə müqayisədə Azərbaycanda hər 100 min nəfərə düşən hakim sayı 6 nəfərdir”

Milli Məclisin (MM) dünən keçirilən növbəti plenar  iclasında müxtəlif məhkəmə instansiyalarına hakimlərin təyinatı ilə bağlı məsələyə baxılıb.

Etikxeber.az-ın xəbərinə görə,  Azərbaycan Prezidentinin təşəbbüsü ilə MM-ə daxil olan məsələ barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Sonra MM sədrinin birinci müavini, Məhkəmə və Hüquq Şurasının üzvü Ziyafət Əsgərov çıxış edərək ölkədə məhkəmə sistemində aparılan islahatlardan danışıb. Deyib ki, Azərbaycanda məhkəmə-hüquq sisteminə kölgə salmaq üçün bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin  (AHİM) Azərbaycanla bağlı çıxardığı qərarların sayının bilərəkdən çox olduğunu bildirir. O, qeyd edib ki, AİHM-nın rəsmi statistikalarında vəziyyət fərqlidir:

“Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla bağlı qərarların sayından daha çoxdur. 2016-cı ildə Azərbaycanla bağlı 16 qərar qəbul olunub. Azərbaycanda məhkəmə sistemində islahatlar uğurla davam etdirilir. Əhalidə məhkəmələrə böyük inam formalaşıb. İslahatlar nəticəsində hakimlərin sayının iki dəfə artırılmasına baxmayaraq, ölkədə hakim azlığı müşahidə olunur. İnkişaf etmiş Avropa ölkələri ilə müqayisədə Azərbaycanda hər 100 min nəfərə düşən hakim sayı 6 nəfərdir”. 

Onu da qeyd edək ki, sənədə görə, hakimlər Akif Əsgər oğlu İsgəndərov, Əhməd Güləhməd oğlu Nurməmmədov, Mehparə Tofiq qızı Əhmədova və Rahib Sahib oğlu Nəbizadənin Ali Məhkəmə hakimliyinə namizədliyi irəli sürülüb.Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşanə Vəliyevanın vəzifəsindən azad edilərək iyulun 28-dən etibarən Ali Məhkəməyə hakim təyin edilməsi təklif olunub.

Kəpəz rayon məhkəməsinin hakimi Nuru Nadir oğlu Quliyev və Tovuz rayon məhkəməsinin hakimi Ədil İsa oğlu Məmmədov Gəncə Apellyasiya Məhkəməsinə, Quba rayon Məhkəməsinin hakimi Elman Məmməd oğlu Əhmədov və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin hakimi Zaur İkram oğlu Məmmədov isə Sumqayıt şəhər Apellyasiya Məhkəməsinə hakimliyə təqdim olunublar.

Sonda məsələ səsə qoyularaq qəbul olunub. 

Etikxeber.az

Read Previous

“Zirə”-“Differdange”: 2-0 – FOTO – YENİLƏNİB – (1)

Read Next

Dövlət büdcəsi dəyişdirildi, xərclər artırıldı – YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir