“Bir sıra rayonları birləşdirməliyik…”-FAZİL MUSTAFADAN MARAQLI TƏKLİF

Qarabağ savaşında əldə etdiyimiz möhtəşəm qələbədən sonra bir sıra zəruri infrastruktur layihələri ilə bağlı addımlar atılır.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa deyib.

O, bildirib ki, amma əsas məsələ struktur dəyişikliyi ilə bağlı addım atılmasıdır:

“Buna indi başlamalıyıq. Bir sıra rayonları birləşdirməliyik. Qarabağla bərabər, digər rayonlarda da buna gedilməlidir. İlk olaraq, buna Bakıdan başlamalıyıq. Məmurların sayı azaldılmalıdır. Rayonlarda bələdiyyələrin səlahiyyəti artırılmalıdır”.

Deputat qeyd edib ki, Şamaxı yolu üzərində Türk şəhidliyi var:

“Ancaq yolun yenidən təmirindən sonra orada maşın saxlamağa yer saxlamayıblar. Buna bir çıxış yolu tapılmalıdır”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Torpaqsız kəndlilərimiz var…İnsanlar var ki, yüz hektarlarla əkin və örüş sahəsinə sahibdir, ailələr də var ki, 30 sot pay torpağının ümidinə qalıb, bəzilərində isə heç o da yoxdur…”-BƏHRUZ MƏHƏRRƏMOV YENƏ SEÇİCİLƏRİNİN PROBLEMİNİ QALDIRDI

Read Next

“Restoranlarda insanlar toplaşa bilirsə, toylara da icazə vermək olar”-NAQİF HƏMZƏYEVDƏN VACİB TƏKLİF

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir