Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI

Bir tərəfdə beynəlxalq normalara, BMT Təhlükəsizlik Şurasının bəlli qətnamələrinə, Qoşulmama Hərakatına üzv dövlətlərin, İslam Konfransı Təşkilatının, Avropa Parlamentinin, AŞ PA- nın, NATO Parlament Assambleyasının, Avropa Birliyinin Dağlıq Qarabağ probleminin həllinə yanaşmada mövqelərinin təsbitləndiyi sənədlərə dayanan, yüksək intellekti, böyük diplomatik təcrübə və bacarığı olan qətiyyətli lider, digər tərəfdə isə baxışlarını yayındırmasından da göründüyü kimi debatda da, danışıqlarda da uduzacağını öncədən bilən, bununla yanaşı supergüclərin maraq, məkr və ədalətsizliklərindən doğan havadarlıqlarına sığınan populist, populist olduğu qədər də piyada küçə demaqoqu.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, politoloq Sahib Alıyev bildirib.
“İndi təsəvvür edin ki, bu bir şahmat qarşılaşmasıdır. Yarışmaçılardan biri Beynəlxalq Qrosmeysterdir, digər isə atla topun gedişini dəyişik salan zəif, zəif olduğu qədər də cığal oyunçudur. Hakimlərsə “tərəflər öz aralarında nə razılığa gəlsələr, onu təsdiqləyəcəklərini” bildirirlər. Bax, bu şəkil,sadəcə, Dağlıq Qarabağ məsələsində kimin haqlı, kimin haqsız, kimin güclü, kimin gücsüz olduğunu yox, həm də hakim rolunda hökm edənlərin necə ədalətsiz olduqlarını ortaya qoyur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Münhendə dediyi “ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb”, – sözləri də əslində diplomatik şəkildə bu ədalətsizliyə etirazdır. Həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan həmsədr dövlətləri ikili standartlara son qoymağa, hər kəsi öz adıyla çağırmağa çağırışdır…”-deyə, o, sözlərinə əlavə edib.
Etikxeber.az





