“Bircə şey demək istəyirəm: Bu qədər çirkinləşməyin!” – QƏNİRƏ PAŞAYEVA

“Sosial mediada bir qrup tərbiyəsiz var adımdan yalanlar yazır. Demədiyim sözləri guya mən demişəm kimi yazırlar.Harada, kimə demişəm bilən yox. Bu tərbiyəsizlərin ailəsində, nəslində şəhid varmı bilmirəm, amma mənim çoxdur. Mən Azərbaycan Türküyəm. Çox şükür əslimi-nəslimi də bilənlərdənəm. Bu günə qədər də əlimdən nə gəlibsə də ölkəm üçün, Qarabağ davamız üçün etməyə çalışmışam. Bu adamlara bircə şey demək istəyirəm. Bu qədər çirkinləşməyin”.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

O, qeyd edib ki, amma təbii ki, bu mənəviyyata sahib insanlara bu sözlərin bir təsiri ola bilməz.

“Neçə illər öncə qardaş Türkiyədə etdiyim bir çıxış zamanı Qarabağ problemindən danışdıqdan sonra, Ermənistanı işğalçı adlandırıb sərt tənqid etdikdən sonra bir adamın hamının yanında yaxınlaşaraq “Türkcə, siz tamamilə haqlısınız, dediklərinizlə razıyam, sizin və bütün azərbaycanlıların yaşadığı üzüntülərdən dolayı çox üzgünəm, sizin əlinizdən öpmək istəyirəm deyib, əlini uzatdıqda hər kəsin içərisində “pasportunuzu verin baxım görüm sizin adınız familyanız nədirmi” deməliydim.

İndi həmin vaxt tədbirdən yayılmış şəkllərin içindən seçib, başına adımdan yalan yazılar yazıb, paylaşıb guya mənə zərər vurmaq istəyən mənəviyyatdan yoxsul bəzi insanlar. Bir də ki, çıxışınızla düşmən millətin mənsubunun hər kəsin içərisində sizdən,xalqınızdan üzr istəməsinə həyatda heç nail olubsunuzmu onu da bilmirəm… Hər halda mən eşitməmişəm… 
Heç nə demirəm, keşkə bu ölkə üçün siz də bir şey etmiş olsaydınız, bəlkə məni etdiyiniz bu çirkinliklər bu qədər yandırmazdı. Ən azı mənə milli insan necə olmalıdır, dərsi keçmək üçün mənəvi haqqınız vardı deyərdim…”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini 135 dəfə pozub

Read Next

Tanınmış jurnalist İmdad Əlizadənin atası dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir