Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Mayın 8-də Bakıda- Milli Məclisdə (MM) keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Birgə Bəyanat və Tövsiyələr müzakirə olunub.
Etikxeber.az-ın xəbərinə görə, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyev bildirib ki, suriyalı erməni qaçqınlar Azərbaycanın işğal olunmuş ərazilərdə yerləşdrilir.
S. Feyziyev Birgə Bəyanata Ermənistanın suriyalı erməni qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərdən yerləşdirilməməyə çağırmaq barədə düzəliş əlavə edilməsini təklif edib.
Ancaq bu düzəliş qəbul edilməyib.
Münaqişə zonasında silahlara nəzarət barədə müddəa da qəbul olunmayıb.
C. Feyziyevin sözlərinə görə, sülh danışıqları nəticə verməzsə, Azərbaycanın hərbi yolla torpaqları azad edəcəyini söyləyb.
Birgə Bəyanatda əməkdaşlıqla bağlı müddəalar qəbul edilib.
Sonda Bəyanat və Tövsiyələr səsə qoyulub və qəbul edilib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az





