“Biri AŞPA-da Azərbaycan ordusu əleyhinə qətnamə qəbuluna cəhd edir, biri Paşinyanı öz lideri kimi görmək istəyir…”-BƏHRUZ MƏHƏRRƏMOVDAN SƏRT SÖZLƏR

Bir həftə öncə Beynəlxalq Ədalət məhkəməsi müvəqqəti tədbir xarakterli etdi qərarla Ermənistanın ən vacib siyasi arqument kimi əsaslandığı “saxlanılan erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması” və “Hərbi Qənimətlər Parkının dərhal bağlanmasına dair” tələbləri rədd edildi. Maraqlıdır ki, Azərbaycanı hədəfə alan daxildəki bəzi siyasi dairələr nədənsə bu qərarı Azərbaycanın Azərbaycan hakimiyyətinin uğursuzluğu kimi car çəkməyə başlayıb.

Arqumentləri də odur ki, Azərbaycanın olduğu kimi Ermənistanın da Azərbaycana qarşı bir sıra vəsatətlərinin təmin olunub. Və bunu deyib dayanırlar. İndi mən həmin o dairələrə üz tutmaq istəyirəm. Bəli, Məhkəmənin Azərbaycan qarşısında da tələbləri var. Amma bunlar nə tələblərdir?

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Bəhruz Məhərrəmov deyib.

O, sonra qeyd edib:

“Birincisi, məhkəmə ziddiyyətləri dərinləşdirən, mübahisənin həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinmək, irqi zəmində nifrətin qızışdırılmasına yol verməmək kimi tələblər müəyyən edib ki, zatən, bu, Azərbaycanın özünün müdafiə etdiyi yanaşmadır və şəxsən Prezident İlham Əliyev dəfələrlə bu məsələni gündəmə gətirib.İkincisi “2020-ci il münaqişəsi zamanı əsir götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi, onların təhlükəsizliyi və qanun qarşısında bərabərliyinin təmin edilməsinə dair” tələb var ki, Azərbaycan Cinayət-Prosessual Məcəlləsində onsuz da bu kimi məqamlar icraatının vəzifələri, əsas prinsipləri və şərtlərinin priorotetləri kimi müəyyən edilib. Yəni, Beynəlxalq Ədalət Məhkəməsinin bu istiqamətdə tələbinin mövcudluğundan asılı olmayaraq, Azərbaycanın cinayət mühakimə icraatında bu məsələlər nizamlanır və təcrübədə də tətbiqinə ciddi əməl olunur.

Bu, bizim qanunun fəlsəfəsi ilə üst-üstə düşən məsələlərdir və milli maraqlarımıza tam cavab verir. Yəni spekuliyasiya etmək lazım deyil, öhdəlikdən danışırsızsa axıra qədər izah edin. Eyni öhdəliyin Ermənistanın da üzərinə qoyulan formatına baxaq, Məhkəmə əgər Azərbaycandan mümkün irqi ayrı-seçkiliyin qarşısını almaq üçün tədbirlər görməsini tələb edirsə, Ermənistandan artıq mövcud olan bu problemi qadağan etməsini tələb edir. Yəni, Ermənistan məhkəmə aktında artıq irqi ayrı-seçkiliyin mövcud olduğu dövlət kimi təsbit olunur. Bunu niyə demirsiz?”

“Niyə demirsiz ki, məhkəmənin ortaya qoyduğu hüquqi mövqeyə əsasən “əsir” məfhumu yalnız 2020-ci il münaqişəsi zamanı saxlanılanları nəzərdə tutur ki, bu, İrəvan “hərbi əsir” arqumentinin fiaskosu deməkdir. Niyə demirsiz ki, Beynəlxalq Ədalət Məhkəməsi “2020-ci il münaqişəsi zamanı” ifadəsi işlətməklə bəzi qərb dairələrində iddia olunanın əksinə, münaqişənin artıq başa çatdığını məhkəmə aktında təsbit edir. Budurmu Sizin o dediyiniz kimi Azərbaycan hakimiyyətinin məğlubiyyəti? Biri AŞPA-da Azərbaycan ordusu əleyhinə qətnamə qəbuluna cəhd edir, biri Paşinyanı öz lideri kimi görmək istəyir. Açığı ifadə etməyə söz tapmaq olmur, Azərbaycan tarixində heç bir hakimiyyət dövlətinə bu qədər düşmən kəsilmiş bir kütlə ilə üz-üzə qalmayıb. Buna bir son qoyulmalıdır”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əli Məsimli Şəhid ailələrinə evlər tikilməsi məsələsinə-TOXUNDU VƏ…

Read Next

“Başqa ölkələrdən bura gəlib-getmək əzaba çevrilib…”-FAZİL MUSTAFA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir