Birinci çağırış Milli Məclisin üzvləri haradadır?

1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamenti formalaşdırıldı.

Həmin il noyabr ayında müstəqil Azərbaycan ilk-birinci çağırış Milli Məclisinə (MM) seçkilər keçirildi.

Qeyd edək ki, həmin vaxt seçkilər iki seçki sistemi üzrə proporsional və majoritar seçki sistemləri üzrə reallaşdırıldı.

Eyni zamanda, millət vəkillərinin sayı 360-dan 125-ə endirildi.

Beləliklə, millət vəkillərinin 25 proporsional, 100-ü isə majoritar seçki sistemi üzrə parlamentə seçildilər.

Proporsional sistem üzrə seçkilərdə 3 partiya parlamentdə yer aldı:

Yeni Azərbaycan Partiyası (YAP), mərhum Elçibəyin sədr olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Etibar Məmmədovun liderlik etdiyi Azərbaycan Milli İstiqlal Partiyası (AMİP).

Majoritar seçki sistemi üzrə seçilənlər arasında isə həm YAP-dan, həm AXCP-ən, həm AMİP-dən, həm Ana Vətən Partiyasından (AVP), həm Sosial Rifah Partiyasından (ASRP), həm Demokratik İstiqlal Partoyasından (ADİP), həm Vətəndaş Həmrəyliyi Partiyasından (VHP), həm Sosial Ədalət Partiyasından (SƏP), həm “Namus” Partiyasından, həm “Müsavat”dan,  həm də bitərəflərdən olanlar var idi.

Bəs görəsən, ilk MM-in üzvləri indi haradadır, nə işlə məşğul olurlar?

Etikxeber.az araşdırmasını təqdim edir:

SENET-ILHAM

ramiz-yeni

TERLANN-5

ali alirza

gulnara qurbanova

trend_mubariz_gurbanli_160718

elmira xala-hadi

samaya

 

firdovsi

cimnaz eliyeva

Eldar_Qəhrəmanov

həsəm

BIRMANDATLI SEÇKİ DAİRƏLƏRİ ÜZRƏ

  1. Xudiyev Nizami Mənaf oğlu-ADPU-da işlədiyi bildirilir.
  2. Məmmədquliyev Mahmud Əhməd oğlu-Xarici işlər nazirinin müavinidir.
  3. İbadov Rza Aydın oğlu- 2001-ci ildən xaricdə yaşayır.
  4. Maqsudov Fərəməz Qəzənfər oğlu-dünyasını dəyişib.
  5. Qurbanlı Mübariz Qəhrəman oğlu- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədridir.
  6. Abdullazadə Fatma Hüseyn qızı-heç bir yerdə işləmir.
  7. Qurbanova Gülnarə Şıxəli qızı-Ali məktəblərdən birində dərs deyir.
  8. Məmmədov Qərib Şamil oğlu-BDU-da kafedra müdiridir.
  9. Mirzəyev Həsən İbrahim oğlu- rəhmətə gedib.
  10. Muradov Babaxan Sultan oğlu -rəhmətə gedib.
  11. Quliyev Rəsul Bayram oğlu-ABŞ-da yaşayır
  12. Hüseynov Tofiq Həsən oğlu-haqqında hazırda heç bir məlumat yoxdur, Sumqayıtı parlamentdə təmsil edən eks-deputat “Çörək Tofiq” kimi tanınıb.
  13. Qurbanov Şamil Dünyamalı oğlu-rəhmətə gedib.
  14. Təbrizli Sirus Xudadat oğlu-rəhmətə gedib.
  15. Əliyev İlham Heydər oğlu- Azərbaycanın Respublikasının Prezidentidir.
  16. Yaqubov Zəlimxan Usub oğlu-rəhmətə gedib
  17. Məmmədov Oruc Paşa oğlu -Uzun illər zavod direktoru işləyən eks-deputat haqqında heç bir bilgi yoxdur.
  18. Məmmədova Əsmətxanım Bəyəhməd qızı-hazırda təqaüddədir.
  19. Əliyev Şaitdin Sərdar oğlu-MSK-da işləyir.
  20. Məmmədxanov Anar Camali oğlu – rəhmətə gedib.
  21. İbrahimbəyov Maqsud Məmmədibrahim oğlu-rəhmətə gedib.
  22. İbrahimli Toğrul Əsəd oğlu-rəhmətə gedib.
  23. Muradverdiyev Akif Şəmsəddin oğlu-heç bir yerdə işləmir.
  24. MusayevMadər Ələsgər oğlu-millət vəkilidir.
  25. Abbasov Eldar Şamxal oğlu-Oksigen Klinik Xəstəxanasında çalışır.
  26. Allahverdiyev Rafael Xanəli oğlu-rəhmətə gedib.
  27. Vəkilov Yusif Səməd oğlu-rəhmətə gedib.
  28. Sərdarov Zakir Həsən oğlu-rəhmətə gedib.
  29. Timoşenko Vladimir Vasilyeviç- General haqqında haqqında son zamanlar məlumat yoxdur
  30. Eldarov Ömər Həsən oğlu-Rəssamlıq Akademiyasının rektorudur.
  31. ŞahtaxtinskayaNairə Əliabbas qızı- Uzun illər səfir vəzifəsində çalışıb,  hazırda heç bir yerdə işləmir.
  32. Məmmədova Şəfiqə Haşım qızı- Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədridir.
  33. Yusifov Şamil Cəmil oğlu-xaricdə yaşayır.
  34. Abbasov Aslan Məmməd oğlu- Azərbaycan Texnologiya Universitetinin prorektorudur.
  35. Bağırzadə Yusif Qəzənfər oğlu-heç bir yerdə işləmir.
  36. Hacıyev Asəf Hacı oğlu-QDİƏT PA-nın baş katibidir.
  37. Rzayev Yaşar Hüccətulla oğlu – təqaüddədir.
  38. Rəcəbli Hadı Musa oğlu-Parlamentin komitə sədridir.
  39. Ələkbərov Nizami Həsən oğlu- biznes fəaliyyəti ilə məşğul olur.
  40. Sadıqov Fikrət Məmməd oğlu – təqaüddədir.
  41. Ağamalıyev Fəzail Rəhim oğlu-millət vəkilidir.
  42. Müttəlimov Mətləb Əzizulla oğlu-heç bir yerdə işləmir, Sosial Ədalət Partiyasının sədridir.
  43. Həsənov Əli Şamil oğlu-Baş nazirin müavinidir.
  44. Rəsulov Natiq İsmayıl oğlu- heç bir yerdə işləmir.
  45. Salayev Eldar Yunis oğlu-rəhmətə gedib.
  46. Bülbüloğlu Polad- Azərbaycanın Rusiyadakı səfiridir.
  47. Fərzəliyev Abbasqulu Məhəmməd oğlu- Haqqında bilgi yoxdur.
  48. Novruzov Cabir Mirzəbəy oğlu (Cabir Novruz)-rəhmətə gedib
  49. Əliyeva Çimnaz Rizvan qızı-təqaüddədir.
  50. Hüseynov Sofiq Kəlbi oğlu-rəhmətə gedib.
  51. Əhmədov Yaqub Alış oğlu-rəhmətə gedib.
  52. Ələkbərova Nigar İbrahim qızı-Ali məktəblərdən birində dərs deyir.
  53. Namazov Eldar Saqif oğlu- heç bir yerdə işləmir.
  54. Mirzəyev Mikayıl Şahvələd oğlu-rəhmətə gedib.
  55. Quliyev Vilayət Muxtar oğlu-Azərbaycanın Macarıstandakı səfiridir.
  56. Məmmədov Sultan İsrafil oğlu-Cənub zonasını parlamentdə təmsil edən  eks-millət vəkili (1990-2000) haqqında son illər məlumata rast gəlinmir.
  57. Ansuxski Əli Abdulqədiroviç-rəhmətə gedib.
  58. Əfəndiyev Umar Əlixan oğlu-rəhmətə gedib.
  59. Quliyev Novruz Məhəmməd oğlu-nazir müavinidir.
  60. Musayeva Tərlan Həsən qızı-təqaüddədir.
  61. Qəhrəmanov Eldar Əvəz oğlu-Azərbaycan Universitetinin İnzibati idaerəetmə kafedrasının müdiri.
  62. Şahbazov Akif Rəhim oğlu- YAP-dan ADP-yə keçən, sonra bir müddət Açıq Cəmiyyət Partiyasına (ACP) sədrlik edən eks-deputat  hazırda heç bir yerdə işləmir.
  63. Bünyadov Teymur Əmiraslan oğlu- AMEA-da işləyir.
  64. Ramazanov Kərim Nəzir oğlu-rəhmətə gedib.
  65. Heydərov Fəttah Səməd oğlu-millət vəkilidir.
  66. Musayev Maksim Talıb oğlu-Parlamentdə işləyir.
  67. Cəfərov Həmdulla Yunis oğlu-Bir müddət öncə Cəlilabad rayonunun zəhmətkeşlərti adından prezidentə ünvanlanan məktubda onun da adına rast gəlinib.
  68. Osmanov Hikmət Saleh oğlu- Son illərə kimi Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri olub.
  69. Xasmətov Zeynəddin Nurəddin oğlu-Şimal zonasından olan eks-deputat biznes fəaliyyəti ilə məşğuldur.
  70. Ramazanov Hacıməmməd Yusif oğlu-təqaüddədir.
  71. Salahov Səyyad Adil oğlu-Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavinidir.
  72. Qasımova Elmira Məmməd qızı-təqaüddədir.
  73. Yaqubov Musa Səfiməmməd oğlu-təqaüddədir, bugünlərdə Xalq şairi adına layiq görülüb.
  74. Rüstəmxanlı Sabir Xudu oğlu- Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədridir, heç bir yerdə işləmir.
  75. Ağalarov Əlövsət İbrahim oğlu- Azərbaycan Dövlət Nəşriyyatının direktorudur.
  76. Cəbiyev Rizvan İsrafil oğlu-təqaüddədir.
  77. Quliyev Nizami Yusif oğlu-rəhmətə gedib.
  78. Musayev Səfyar Bəylər oğlu-rəhmətə gedib.
  79. Kazımlı Xanhüseyn Hüseynağa oğlu-millət vəkilidir, Sosial Rifah Partiyasının (ASRP) sədridir.
  80. Rzayev Anar Rəsul oğlu-Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədridir.
  81. Əliyev Firdovsi Şahmirzə oğlu-Ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.
  82. Abıyev Əhəd Mikayıl oğlu-Gədəbəyin icra başçısıdır.
  83. Həsənov Həsən Əziz oğlu-Azərbaycanın Polşadakı səfiridir.
  84. Rəhimzadə Arif Qafar oğlu-Parlamentin komitə sədridir.
  85. Vahabzadə Bəxtiyar Mahmud oğlu-rəhmətə gedib.
  86. Əliyev Cəlal Əlirza oğlu-rəhmətə gedib.
  87. Əliyeva Minayə Əlisahib qızı-təqaüddədir.
  88. Qafarov İbrahim Musa oğlu-rəhmətə gedib.
  89. Mehdiyev Ramiz Ənvər oğlu-Prezident Administrasiyasının rəhbəridir.
  90. Ələsgərova Solmaz Həbib qızı-təqaüddədir.
  91. Xanlarova Zeynəb Yəhya qızı-millət vəkilidir.
  92. Zeynalov Zakir Əlixan oğlu-rəhmətə gedib.
  93. Novruzov Samur Həsən oğlu-rəhmətə gedib.
  94. Səfərov Səttar İsmayıl oğlu-rəhmətə gedib.
  95. Məmmədov Məmməd Cümşüd oğlu-rəhmətə gedib.
  96. Əliyev Yaşar Tofiqi- Uzun illər səfir vəzifəsində çalııb, hazırda heç bir yerdə işləmir.
  97. Qurbanov Böyükağa Cabir oğlu-Parlamentdə işləyir.
  98. Əhmədov Cəbrayıl Rəşid oğlu-Sabiq AMİP-ci deputat haqqında məlumat yoxdur.
  99. Piriyeva Səmayə Aslan qızı-təqaüddədir.
  100. İsmayılov İmamverdi İbiş oğlu-millət vəkilidir.
  101. Məmmədov Dünyamalı Böyükxan oğlu-Haqqında məlumat yoxdur.
  102. Hümbətov Yusif Kərim oğlu- Son illərə kimi “Azərsutikinti” Səhmdar Cəmiyyətinin sədri  vəzifəsində işləyib.
  103. Əyyubov Şirzad Şahbaz oğlu-heç bir yerdə işləmir, təqaüddədir.
  104. Musayev Bağır Namaz oğlu-Haqqında məlumat yoxdur.
  105. Əsədov Mahir Əsgər oğlu-heç bir yerdə işləmir.

ÇOXMANDATLI SEÇKİ SİSTEMİ ÜZRƏ SEÇİLƏNLƏR:

  1. Bünyadov Ziya Musa oğlu-qətlə yetirilib.
  2. Ələsgərov Murtuz Nəcəf oğlu-rəhmətə gedib.
  3. Quliyev Fuad Xəlil oğlu-biznes fəaliyyəti ilə məşğul olur.
  4. Nağıyev Əli Teymur oğlu-heç bir yerdə işləmir.
  5. Zabelin Mixail Yuryeviç-millət vəkilidir.
  6. ManafovaAsya Sərdar qızı-təqaüddədir.
  7. İbrahimov Eldar Rza oğlu-Parlamentin komitə sədridir.
  8. Qaralov Zahid İbrahim oğlu-rəhmətə gedib.
  9. İnsanov Əli Binnət oğlu -təqaüddədir.
  10. Dünyamalıyeva Zəminə Dünyamalı qızı-təqaüddədir.
  11. KərimovKərim Hacıxan oğlu-YAP-ın Mərkəzi Aparatında çalışır.
  12. ƏsgərovŞahlar Qaçay oğlu-təqaüddədir.
  13. Qocayev Xeyrəddin Sayyəddin oğlu-heç bir yerdə işləmir.
  14. Hüseynov Məzdək Məmiş oğlu-rəhmətə gedib.
  15. Əsgərov Ağabəy Məmməd oğlu- “Azərbaycan” nəşriyyatının direktorudur.
  16. İmamverdiyev Sudeif Bəşir oğlu- Azərbaycan Tibb Universitetinin kafedra müdiri, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavinidir.
  17. İsmayılov Fikrət İsmayıl oğlu-rəhmətə gedib.
  18. Əsədov Əli Hidayət oğlu-Prezidentin köməkçisidir.
  19. Səfərov Eldar Sabir oğlu-heç bir yerdə işləmir
  20. Əlirzayev Əli Qənbərəlioğlu-Azərbaycan Dövlət İqtisad Universitetinin “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri,
  21. Əsgərov Ziyafət Abbas oğlu- Parlamentin birinci vitse-spikeridir, komitə sədridir.
  22. Məmmədov Etibar Səlidar oğlu-biznes fəaliyyəti ilə məşğuldur.
  23. İmanov Nazim Müzəffər oğlu-AMEA-nın İqtisadiyyat İnstitutunun direktorudur.
  24. Hüseynov Şadman Bəhlul oğlu-rəhmətə gedib.
  25. Kərimli Əli Əmirhüseyn oğlu-işləmir, AXCP-nin sədridir.
  26. Fəttayev Mirmahmud Mirəli oğlu-işləmir, KXCP-nin sədridir.
  27. Əlibəyli  Qulamhüseyn Surxay oğlu- Aydınlar Partiyasının sədridir, BDU-nun professorudur.

Qeyd edək ki, Birinci çağırış MM-ə çoxmandatlı seçki dairəsindən YAP-ın əsas namizədlər siyahısı üzrə seçilmiş Ziya Musa oğlu Bünyadov vəfat etdiyinə, Fuad Xəlil oğlu Quliyev isə icra hakimiyyəti sistemində qulluğa keçdiyinə görə, göstərilən siyasi partiyanın əsas namizədlər siyahısında olub, deputat seçilməyən birinci namizəd Əlirzayev Əli Qənbərəli oğlu və ikinci namizəd Əsgərov Ziyafət Abbas oğlu sıradan çıxmış deputatların yerlərini tutublar.

Növbəti yazımızda ikinci çağırış MM-in üzvlərindən bəhs edəcəyik.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

 

Read Previous

“Qarabağ” bu futbolçu ilə anlaşdı…

Read Next

“Dünyada deputatlıqla bağlı yaş senzi yoxdur, odur ki…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir