Birinci Qarabağ Savaşı Şəhidi, ailənin 8 övladından biri, subay-EMİN CƏFƏROVUN ANIM GÜNÜ İLƏ BAĞLI MƏZARI ZİYARƏT OLUNDU, SURAXANI RAYON HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ TƏDBİR DÜZƏNLƏNDİ VƏ… – FOTOLAR – YENİLƏNİB – (1)

Əslən Lerikli-Kələvəzli, özü isə Bakılı-Suraxanılı olan Birinci Qarabağ Savaşı Şəhid Emin Xeyrulla oğlu Cəfərovun Anım Günü, Əbədiyyətə uğurlanmasının 31-ci ili ilə bağlı bu gün-17 yanvar 2025-ci il tarixində Əmircan qəsəbə qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Rununa dualar edilib, “Quran” oxunub.

Etikxeber.az xəbər verir ki, Şəhidin məzarını ziyarətdən sonra Suraxanı rayon Heydər Əliyev Mərkəzində Anım Günü ilə bağlı tədbir düzənlənib.

Tədbir Şəhid Ailələrinin Müdafiəsi Cəmiyyətinin Suraxanı rayon şöbəsinin və Suraxanı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib.

Şəhid xanımı, Şəhid Ailələrinin Müdafiəsi Cəmiyyətinin Suraxanı rayon şöbəsinin sədri Nəsibə Əliyeva, Şəhid Elşad Əliyevin anası Flora Əliyeva və digər tədbir iştirakçıları çıxış ediblər.

Çıxışlarda Şəhidin Vətən naminə fədakarlığından, cəmi 20 illik qısa və şərəfli ömür yolundan bəhs edilib.

Şəhidin ailə üzvlərinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.

Vətənə, Şəhidlərə həsr olunmuş şeir və musiqilər səsləndirilib, səhnəcik nümayiş etdirilib.

Şəhidi doğmaları, bacısı Zümrüd Əbdüləmizova isə hər kəsə öz minnətdarlıqlarını ifadə ediblər.

Tədbirdən sonra isə Şəhidin adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə, Anım Günü ilə bağlı tədbirdə və ehsan süfrəsində ailə üzvləri, Bakı, Sumqayıt, Kürdəmir, Biləsuvar və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, ziyalılar, Suraxanı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və digər şəxslər iştirak ediblər.

Onu da qeyd edək ki, Emin Cəfərov1973-cü ilin 9 may tarixində, faşizm üzərində Qələbə günündə, Bakı şəhərində, Suraxanı rayonunun Əmircan qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.

Ailənin səkkiz övladından, üç qardaşdan biri olub.

12 yaşında, 1985-ci ildə atasını itirib.

O vaxtdan evin bütün yükü anasının çiyinlərinə düşüb, anası Səməndər xanım onlara həm analıq, həm də atalıq edib.

1980-1990-cı illərdə Bakı şəhərində yerləşən 114 saylı tam orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra həqiqi hərbi xidmətə yollanıb və Əsgərliyini başa vuraraq, evinə, ailəsinə dönüb.

Ancaq Xocalı soyqırımından, növbəti erməni vəhşiliyindən sonra könüllü şəkildə Vətənin müdafiəsinə yollanıb.

Füzuli istiqamətində-bir çox yaşayış məntəqələrində qanlı döyüşlərdə iştirak edib və və 1993-cü ilin dekabr ayının sonlarına yaxın, Yeni ilə az qalmış, cəmi 20 yaşında Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüşlərdə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi 26 dekabr tarixində Əmircan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

20 yaşında Şəhadətə ucalan Emin həm də subay olub.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

14:55

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Biz bir çox qonşularla təmasda olmalıyıq və bu təmaslar var…Bu da böyük coğrafiyanı əhatə edən layihədir və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır…”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (2)

Read Next

Cəbrayıla növbəti köç karvanı yola salındı-BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir